Pendirli kələm zərfi resepti

Pendirli kələm zərfi resepti
Yeməklər
10.09.2017 2
Tərkibi:
700 q ağ kələm
500 q bərk pendir
100 q un
2 yumurta
100 ml qaymaq
100 q narın suxarı
duz
qara istiot

Hazırlanması:
Kələmi yuyun, ortasını çıxarıb duzlu suda yarımbişmiş hala gələnədək pörtlədin. Yarpaqlarını ayırın. Qaba hissələrini kəsin.

Pendiri fal-fal doğrayın. Hər kələm yarpağının ortasına pendir dilimi qoyub zərf kimi bükün.

Yumurta, qaymaq, duz və istiotu çalın. Hər "zərf"i əvvəlcə una, sonra klyara (yumurtalı qarışığa), sonda isə narın suxarıya batırıb orta itilikli odda hər iki üzünü qızardın.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!