Yaşıl lobya ilə toyuq şorbası

Yaşıl lobya ilə toyuq şorbası
Yeməklər
10.09.2017 40
Tərkibi (6 pay):
400 q toyuq filesi
2 diş sarımsaq
1 iri baş soğan
800 q öz şirəsində pomidor
1 l toyuq bulyonu
1 ç.q. reyhan qurusu
1/2 ç.q. quru oreqano
200 q yaşıl lobya
duz
istiot

Hazırlanması:
Soğanı və sarımsağı xırda doğrayın. Toyuq ətini quşbaşı doğrayın.
Tavada 1 x.q. bitki yağını qızdırıb soğanı yumşalınca, təxminən 5 dəqiqə qovurun. Sarımsaq əlavə edib daha 1 dəqiqə qovurun. Toyuq ətini əlavə edib qarışdırın, rəngi dönənədək, təxminən 3-4 dəqiqə bişirin.
Bunları qazana tökün. Bulyonu, ədviyyatı, duzu və əzilmiş pomidorları suyu ilə birlikdə əlavə edin.
Qaynara düşəndən sonra vam odda 30 dəqiqə bişirin. Lobyanı xırda doğrayıb şorbaya əlavə edin. Daha 10 dəqiqə bişdikdən sonra ocaqdan götürün.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!