Almalı toyuq

Almalı toyuq
Yeməklər
10.09.2017 8
Tərkibi:
2 ədəd alma
1 baş soğan
2 diş sarımsaq
Təzə kəklikotu
8 ədəd toyuq budu
Duz
Qara istiot
Yarım stəkan alma şirəsi

Hazırlanması:
Almaları yarım ay formasında dilimləyin. Soğanı iri-iri doğrayın, sarımsağı əzin və kəklikotu ilə birgə qaba töküb qarışdırın. Bu qarışığı soba qabına yayın. Toyuq budlarını duzlayıb, istiotlayıb soba qabına düzün. Üzərinə alma şirəsi əlavə edib əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada qızarana qədər, təxminən 1 saat yarım bişirin. Süfrəyə verməzdən öncə yeməyi kəklikotu ilə bəzəyin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!