Boranı ponçikləri

Boranı ponçikləri
Yeməklər
10.09.2017 10
Tərkibi (10-12 pay):
500 q boratı ləti
un
2 yumurta
4 x.q. şəkər tozu
1 paket qabartma tozu
1 paket vanilli şəkər tozu
1 çimdik duz
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın.
Boranı lətini 5-7 mm qalınlıqda doğrayıb üzərinə folqa çəkərək sobada 30 dəqiqə bişirin. Soyudun. 200 qramını ələyin içinə yığıb çəngəllə əzin, artıq suyu axandan sonra içinə yumurta, duz, şəkər tozu, qabartma tozu və vanil qatın. Qarışdıraraq az-az unu əlavə edin. Xəmir qatı xama kimi alınmalıdır.
Soyuducuda 1 saat saxlayın.
Tavada bitki yağını qızdırın. Qaşığın 1/3-i qədər xəmirdən götürüb yağa salıb qazardın, kəfkirlə daim qarışdırıb hər tərəfinin qızarmasına nail olun. Kağız salfetlərin üzərinə düzün. Üzərinə şəkər pudrası səpin.
Eyni qayda ilə almadan da ponçik xəmiri hazırlaya bilərsiniz. O zaman sadəcə almaları sürtgəcin iri gözündən keçirmək lazım gələcək.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!