Kartoflu omlet resepti

Kartoflu omlet resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:
Kartof: Bir ədəd
Un: Bir yemək qaşığı
Yumurta: Bir ədəd
Kərə yağı
Duz.

Hazırlaması:
1. Kartofu əvvəlcə yuyun. Sonra kartofun qabığını soyun. Qabığını soyduğunuz kartofu mətbəx rəndəsindən keçirin.
2. Rəndələdiyiniz kartofun içərisinə un, yumurta və duz vurun. Kartof rəndəsi, yumurta və duzu bir birinə yaxşıca qarışdırın.
3. Dibi yapışmayan (teflon) tavaya biraz kərə yağı qoyun. Ocağı yandırın. Kərə yağını əridin. Kərə yağı əridikdən sonra hazırladığımız kartof rəndəli, yumurtalı un və duzlu qarışığı kərə yağlı tavaya əlavə edin.
4. Yapışmayan tavanın qapağını örtün. Omletin hər iki tərəfi bişib qızarana qədər vam odda bişirin.
5. Qızarıb bişən omleti isti – isti süfrəyə verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!