Şvilpikay

Şvilpikay
Yeməklər
10.09.2017 5
Tərkibi:
1 kq kartof
1 yumurta
0.5 st. un
1 x.q. nişasta
duz
qara istiot

əlavə:
göbələk sousu, yaxud xama (mayonez)

Hazırlanması:
Kartofu suda qabıqlı bişirin. Soyudub təmizləyin. Sürtgəcdən keçirin. Yumurta, nişasta, un, duz, istiot qatıb xəmir yoğurun. Un səpilmiş masada 3-4 mm qalınlıqda yayın. Romblara doğrayn. Formanı yağlayın. Rombları içinə düzüb 200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə, üzəri qızaranadək bişirin. Sonra çevirib o biri üzünü də bişirin.

Kartoflu şvilpikayı süfrəyə göbələk sousu ilə verirlər. Göbələk sousu olmayanda adi xama və ya mayonezdən də istifadə etmək olar.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!