Dietik lahmacun

Dietik lahmacun
Yeməklər
10.09.2017 8
Xəmiri üçün lazım olan ərzaqlar:
3 stəkan pəhriz unu
1/2 paket yaş maya
duz
su

İçlik üçün:
100 qr qiymə
2 soğan
1 dəstə doğranmış cəfəri
2 pomidor
3 bibər
duz, pul bibər, kəklikotu
Zeytun yağı

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayın. Unu dərin bir qabın içinə tökün. Düz ortasına yaş mayanı qoyun. Sonra ilıq su tökərək mayanı əridin. Duzunu da səpərək yumşaq xəmir halına gələnə qədər yoğurun.

İçliyin hazırlanması üçün də pomidor, soğan və bibəri blenderlə xırda doğrayın. Bıçaqla doğradığınız cəfərini də içliyə əlavə edin. Sonda qiyməni, ədviyyatı və zeytun yağını əlavə edib yaxşıca qarışdırın.

Xəmir gələndən sonra bərabər ölçülü kündələrə ayırın və oxlovla yayın. Lavaşın üzərinə hazırladığınız içlikdən səpin.

180 dərəcədə isidilən sobada xəmiri və içliyi hazır olana qədər bişirin.

Yanında ayranla servis edə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!