Buğdalı şorba

Buğdalı şorba
Yeməklər
10.09.2017 14
Tərkibi:
yarım stəkan buğda
1 stəkan qatıq 6 stəkan ət suyu 1 xörək qaşığı un
1 yumurta
şorbanın sousu üçün:
qırmızı pul bibər
2 yemək qaşığı kərə yağı
2 çay qaşığı dolusu quru nanə duz

Şorbanın sousu üçün:
qırmızı pul bibər
2 yemək qaşığı kərə yağı
2 çay qaşığı dolusu quru nanə duz

Hazırlanması:
Öncə buğdanı qaynadaraq bişirin, suyunu süzüb bir kənara qoyun. Qatığı çırparaq şorbanı bişirəcəyiniz qazana boşaldın.
Yumurtanı, unu, qatığı bir yer-də təkrar qarışdırın. Bu qarışımın üzərinə buğdanı, altı stəkan suyu və ət suyu tabletini əlavə edin. Ocağın altını açın və şorba qaynayanadək durmadan qarışdırın. Qaynadıq-dan sonra ocağın altını zəiflədin.
Kiçik bir tava götürün, kərə yağını əridin – yağ əridikdən sonra nanə və pul bibəri yağa əlavə edin.
Bir-iki dəfə qarışdırın və bu sousu qaynamaqda olan şorba-ya əlavə edin.
Şorbanı bir-iki dəqiqə ocaqda tutun, duzunu atın. Şorbanız servisə hazırdır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!