Kərəvizli kükü

Kərəvizli kükü
Yeməklər
10.09.2017 15
Tərkibi:
4 ədəd kartof
1 ədəd kərəviz
1 ədəd soğan
5 yarpaq cəfəri
2 ədəd yumurta
2 xörək qaşığı un
Duz
İstiot
Zeytun yağı
Sousu üçün:
1 xörək qaşığı cəfəri
3 xörək qaşığı süzmə qatıq
Bir az tərxun
Duz
İstiot

Hazırlanması:
Kartofu, kərəvizi və soğanı sürtgəcdən keçirin. Xırda-xırda doğranmış cəfərini, yumurtanı, unu, duzu və istiotu qarışdırıb tərəvəzlərin üzərinə əlavə edin.
Yaxşıca qarışdırdıqdan sonra tavaya yayıb hər iki üzünü qızardın. Kənarda sous üçün lazımlı bütün məhsulları qarışdırın. Kükünü süfrəyə həmin sousla verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!