Həm asan hazırlanan həm də ləzzətli

Həm asan hazırlanan həm də ləzzətli
Yeməklər
10.09.2017 35
 
 
Soyuq qəhvə


Həm asan hazırlanan həm də ləzzətli

Vəsaitlər

1 fincan soyuducuda soyudulmuş şəkərsiz qəhvə

Yarım çay qaşığı doğranmış fındıq

1 top vanilli dondurma

1 şorba qaşığı krem şanti

Yarım çay qaşığı kakao



Qəhvənin tərifi

Qəhvəni uzun bir stəkana tökün. Dondurmanı içinə əlavə edin və üzərinə krem şantini əlavə edin. Üzərinə kakao və fındığı səpin.

Qəhvənizi şokoladlı buzlarla servis edə bilərsiniz.
 
Çiyələkli milkshake


Həm asan hazırlanan həm də ləzzətli

Vəsaitlər

400 qram çiyələk

1 çay stəkanı soyuq süd

300 qram vanilli dondurma

1 yemək qaşığı pudra şəkəri

1 paket vanil



İçkinin tərifi

İlk olaraq, çiyələk, pudra şəkər və vanili blendırdan keçirərək püre halına gətirin. Daha sonra süd və dondurmanı əlavə edərək təkrar qarışdırın. Hazırladığınız qarışığı stəkanlara paylaşdırıb üzərlərini istədiyiniz kimi bəzəyərək xidmət edin.
 


Limonlu nanə şərbəti
Həm asan hazırlanan həm də ləzzətli

Vəsaitlər

4 ədəd limonun suyu

10 dənə təzə nanə

200 qram toz şəkər

2 litr su

1 yemək qaşığı bal

3 ədəd qərənfil



İçkinin tərifi

Su xaric bütün vəsaitləri bağlı bir qab içərisində çalxalayaraq səkkiz saat gözlədin. Daha sonra suyu əlavə edərək qaynadın. Soyuduqdan sonra süzərək servis edin
 


Buzlu çay
Həm asan hazırlanan həm də ləzzətli
Vəsaitlər

3 su stəkanı çay

Bir neçə yarpaq təzə nanə

İki limon

Arzu edildiyi qədər şəkər



Çayın tərifi

Çayı hər zamanki kimi dəmləyin. Dəmin yaxşı olduğundan əmin olun. Yarısına qədər buz doldurduğunuz dolçaya dəmi tökün. Buz əridikdən sonra daha yüngül bir çay dadı istəsəniz soyuq su əlavə edə bilərsiniz. Xidmət edərkən stəkanlara buz da qoya bilərsiniz. Əhəmiyyətli olan çay dadının ağrılaşmaması üçün sürətli soyudulmasıdır. Daha sonra yarım limonu sıxaraq çaya əlavə edin. Bir limonu da dilimləyərək dolçaya atın. Nanə yarpaqlarını da qoyaraq qarışdırın.

Daha çox bir çay dadı istəyirsinizsə, dolçaya yenidən soyuq su əlavə etmək yerinə dondurulmuş çay yarpaqları əlavə edə bilərsiniz.

İstəsəniz darçın çubuqları və saftalı dilimləriylə də dad verə bilərsiniz.Beləcə buzlu çayınız təbii dadlarla dadlanacaq və möhtəşəm iy verəcək. Darçını sınamağınızıqətiliklə tövsiyə edərik.

Şəkər, bal vs. dadlandırıcılarla çayınıza son halını gözəlləşdirə bilərsiniz.
/Mənbə:Qadınlar.biz/


 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!