Hər vaxt gənc görünmənizi təmin edəcək aksesuarlar

Hər vaxt gənc görünmənizi təmin edəcək aksesuarlar
Aksesuarlar
10.09.2017 13
Bahalı kosmetik məhsullar, qırışıqlıqlara qarşı kremlər, günəş qoruyucular gənc bir görünüş üçün tək yol deyil.

Gardrobunuza əlavə edəcəyiniz sadə və asan detallarla daha gənc və gözəl bir görünüş əldə edə bilərsiniz.

Rəngli şallar,şərflər və şapkalar.

Rəngli aksesuarlar sizi hər vaxt daha gənc göstərəcək. Unutmayın, gənclər hər vaxt rəngli, canlı və enerjili aksesuarlar istifadə edərlər. Rəngli şapkalar ya da ipək şallar zərif və qəşəng bir görünüşə sahib olmanızı təmin edəcək.

Saç aksesuarları.

Saç aksesuarları istifadə edərək gənc bir görünüşə sahib ola bilərsiniz. Paltarlarınıza və tərzinizə uyğun rəngli saç bantları, çiçəkli broşlar istifadə edə bilərsiniz.

Trend çantalar.

Çanta mövzusunu əsla göz önündən qaçırmayın! Çanta seçkiləriniz sizi yaş olaraq illərcə yaşlı bilər ya da sizi daha gənc göstərə bilər. Yəni sizin çanta mövzusunda etməniz lazım olan tək şey; modaya uyğun və qəşəng olanını seçməkdir. Cəsur olun və parlaq rəngləri seçməkdən qorxmayın.

Saatlar.

Saatınız sizin haqqınızda çox şey söyləyir! Yəni dərhal sizə "mənasız" və "darıxdırıcı" etiketlərini qoya bilərlər. Saat seçkisi edərkən diqqətli və doğru seçkini etməlisiniz. Rəngli ya da ləl-cəvahiratlı saatlardan birini seçə bilərsiniz.

Tərcümə Etdi:NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!