Dəri rənginə uyğun bijuteriya seçimi

Dəri rənginə uyğun bijuteriya seçimi
Aksesuarlar
10.09.2017 10
İstifadə etdiyiniz bijuteriyanın geyiminizi tamamlaması üçün dəri rənginizə ən uyğun bijuteriyanı seçməniz lazımdır.

Özünüzə ən uyğun bijuteriyaları seçə bilmək üçün əvvəlcə dəri tonunuzu bilməniz lazımdır. Bunun üçün etməniz lazım olan çox sadə bir yol var. İşıqlıq bir yerdə biləyinizə baxın, əgər damarlarınız maviyə yaxın bir rəngdədirsə soyuq, əgər yaşıla yaxın bir rəngdədirsə  isti dəri tonuna sahibsiniz .

Əgər isti dəri tonuna sahibsinizsə qızılı, sarı, bənövşəyi, qırmızı kimi isti rəng tonlarını seçməlisiniz. Xüsusilə qızılı rəng sizə çox yaraşar.  Əlbəttə, soyuq rəng tonlarını da istifadə edə bilərsiniz, lakin isti rəng tonlarının sizə daha çox yaraşdığını unutmayın.

Soyuq dəri tonu isə istinin tam əksidir. Mavi, yaşıl, gümüşü kimi soyuq rəng tonları sizə daha çox yaraşar. Yenə bu ancaq soyuq rəngləri istifadə edə biləcəyiniz mənasına gəlmir, lakin istifadə etdiyiniz bijutariyaların dəri rənginizi daha yaxşı əks etdirməsini istəyirsinizsə soyuq rəngləri seçin.

Əgər ağ bədənlisinizsə çox parlaq ya da çox tünd bijuteriyalar əvəzinə daha soft tonları seçməyə diqqət yetirin.

Əgər olduqca tünd bir dəri rənginiz varsa parlaq rəngli bijuteriyalar,xüsusilə neonlar sizə çox yaraşacaq. Hətta ağ rəngli bijuteriyalar belə sizlikdir. Tünd rəngli bijuteriyalardan isə uzaq dayanmalısınız, çünki bədəninizin nə qədər tünd olduğuna diqqət çəkəcək.

Saç rənginiz də bijuteriya seçkisində müəyyən dərəcədə təsirlidir. Çox əhəmiyyətli bir rolu olmasa da xüsusilə boyunbağı, sırğa kimi saçınıza yaxın dayanan bijuteriyalarda buna diqqət edə bilərsiniz.Saçınız tünd rəngdədirsə gümüşü tonlar sizə daha çox yaraşacaq.



/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!