Ləl-cəvahiratınızın ömrünü uzadın

Ləl-cəvahiratınızın ömrünü uzadın
Aksesuarlar
10.09.2017 27
Qulluq
Ləl-cəvahiratınızın ilk gündəki kimi işıltı və formasını mühafizə edərək illərcə zövqlə istifadə edilməsi üçün, ən yaxşı şəkildə baxımının edilməsinə diqqət göstərilməsi yanında, ona zərər verəcək ünsürlər və faktorlardan qorunmasına diqqət edilməsi lazımdır. Ev  işi, idman və ya bu tərz başqa işlərlə məşğul olarkən ləl-cəvahiratlarınızı taxmayın.

Qoruma
Ləl-cəvahiratınıza zərər verə biləcək işlər edərkən çox diqqət edin. Ləl-cəvahiratınızı bu kimi vəziyyətlərdə zərurət yoxsa istifadə etməyin və ya taxmayın. Ləl-cəvahiratınızı hər hansı bir şəkildə, sərt bir cisimə vurmanız halında, almış olduğunuz səlahiyyətli firmaya aparın.
 
Ləl-cəvahiratınızı xlorlu paltar suyu və ya güclü kimyəvi maddələr ilə təmas etdirməyin. Bu, ləl-cəvahiratınızdakı brilyanta zərər verməz amma metal rənginin matlaşmasına, cilasının deforme olmasına səbəb ola bilər. Bir-birlərini çəkməmələri üçün, ləl-cəvahiratlarınızı, bir-birinə təmas edəcək şəkildə yan-yana saxlamayın. Ləl-cəvahiratlarınızı orijinal qutusu içində və ya yumşaq parça kimi qoruyucu vəsaitlər içində saxlayın.

İnci, zümrüd və bənzər daşlı ləl-cəvahiratlarınızı, uzun müddət hava ilə təmas etməyəcək şəkildə saxlamanız, daşların canlılığını itirməsinə səbəb ola bilər.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!