"Oskar" gecəsində 15 milyonluq boyunbağını kim taxıb? - fotolar

Aksesuarlar
10.09.2017 10
86-cı "Oskar" gecəsində sərvət dəyərində zinət əşyaları taxan ulduzlar göz qamaşdırıb.



Manşet.Az həmin ulduzların fotolarını təqdim edir:



Oliviya Uayld


Aktrisa qara rəngli Valentino libasını "Lorraine Schwartz"dan ağ qızıl üzərində brilyant və nefrit daşlı sırğa ilə tamamlayıb.





Cennifer Lourens


qızıl üzərində 100 karat ağırlığında brilyantlar və dağ bülluru ilə
bəzədilmiş "Neil Lane" boyunbağısı Christian Dior libası ilə əla
görünürdü. Zinət əşyasının qiyməti 2 milyon dollardır.



Culiya Roberts

Dəyirmi və konik kəsilmiş brilyantlarla bəzədilmiş "Bvlgari" sırğaları aktrisanın Givenchy libasını tamamladı.



Enn Heteuey

Cazibədar aktrisa "Neil Lane"dən ağ qızıl əsaslı brilyant sırğa taxmışdı.
 

Şarliz Teron

"Harry Winston"a məxsus 31 karatlıq brilyantlardan ibarət boyunbağının qiyməti 15 milyon dollardır.





Lyupita Nionqo

Prada libasını Lyupita "Fred Leighton"dan brilyant və qızıl saç bantı ilə uyğunlaşdırmışdı.





Naomi Uotts

Ağ qızıl üzərində dəyirmi kəsilmiş brilyant "Bvlgari" boyunbağı Naomiyə şahzadə obrazını yaratmağa kömək edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!