Aksesuarlarınızı doğru seçin

Aksesuarlarınızı doğru seçin
Aksesuarlar
10.09.2017 36
Gündəlik həyatda istifadə etdiyimiz aksesuarlar şəxsiyyətinizi əks etdirər. Bu səbəblə aksesuar seçkisi çox əhəmiyyətlidir. Bəzi aksesuarlar sizi qəşəng göstərə biləcəyi kimi bəziləri səhv istifadə nəticəsi xoş olmayan bir görünüşə yol aça bilər.
Bilərziklər, boyunbağılar, sırğalar
Qadınlar üçün ən əhəmiyyətli aksesuarların başında bilərzik, boyunbağı və sırğa gəlir. Bunlar ən sadə paltarlarınıza belə qəşənglik qata bilər. Bu aksesuarları həm paltarlarınızla həm də bədən tipinizlə uyğun olacaq şəkildə istifadə etməniz lazımdır. Məsələn üz şəkli yumru olanların halqa sırğalardan uzaq dayanması tövsiyə edilər. Böyük aksesuarları sadə paltarlarınızda seçməli, eyni anda böyük boyunbağı və sırğa taxmaqdan qaçınmalısınız.
Saat və eynəklər
Hər yeni mövsüm bir-birindən fərqli modellərlə qarşımıza çıxan saat və eynəkləri də unutmayaq. Üzünüzün böyüklüyüylə mütənasib bir eynək və paltarınızın rəngləriylə uyğun bir saat qəşəngliyinizi daha da artıracaq.
Kəmərlər
Paltarlarımızın ən təsirli tamamlayıcılarından biridir. Gün içində ipli və ya hörgü kəmər istifadə edərək sadə paltarlarınıza hərəkət verə bilər, gecə isə zəncir kəmərlə paltarınıza daha qəşəng bir görünüş qata bilərsiniz.
Şapkalar
Ümumiyyətlə şapkaları soyuqdan və ya istidən qorunmaq üçün taxarıq amma paltarınızla uyğun bir şapka sizə tam fərqli bir hava verə bilər. Şapka modasını təqib edə bilər və mövsümün rənglərini əks etdirən şapkalarla qəşəngliyinizi tamamlaya bilərsiniz.



/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!