Doğru seçilmiş aksesuarlarla gözəlliyinizə gözəllik qatın

Doğru seçilmiş aksesuarlarla gözəlliyinizə gözəllik qatın
Aksesuarlar
10.09.2017 14
Gündəlik həyatda istifadə etdiyimiz aksesuarlar şəxsiyyətinizi əks etdirir. Bu səbəblə aksesuar seçimi çox əhəmiyyətlidir. Bəzi aksesuarlar sizi qəşəng göstərə biləcəyi kimi bəziləri səhv istifadə nəticəsində xoş olmayan bir görünüşə yol aça bilər.



Buda paltarınıza doğru aksesuarlarla gözəllik qatmaq üçün təkliflərimiz ...



Bilərziklər, boyunbağılar, sırğalar

Qadınlar üçün ən əhəmiyyətli aksessuarlar başında yaraşıq gəlir. Bu aksesurlar ən sadə paltarlarınıza belə gözəllik qata bilər. Yalnız aksesuarları həm paltarlarımızla həm də bədən tipimizlə uyğun olacaq şəkildə istifadə etməliyik. Məsələn üz şəkli yumru olanların halqa sırğalardan uzaq dayanması tövsiyə edilər. Böyük aksesuarları sadə paltarlarınızda seçim etməli eyni anda böyük boyunbağı və sırğa taxmaqdan qaçınmalısınız.



Saat və eynəklər

Hər yeni mövsüm bir-birindən fərqli modellərlə qarşımıza çıxan saat və eynəkləri də unutmayaq. Üzünüzün böyüklüyüylə mütənasib bir eynək və paltarınıza rəngləriylə uyğun bir saat gözəlliyinizi daha da artıracaq.




Kəmərlər
Paltarlarımızın ən təsirli tamamlayıcılarından biridir. Gün içində iplik və ya hörük kəmər istifadə edərək sadə paltarlarınıza
hərəkət verə bilər, gecə isə zəncir kəmərlə paltarınıza daha gözəl
bir görünüş qata bilərsiniz.
 
Şapkalar


Ümumiyyətlə
şapkaları soyuqdan və ya istidən qorunmaq üçün istifadə edərik amma
paltarımızla uyğun bir şapka bizə tam fərqli bir hava verə bilər. Şapka modasını təqib edə bilər və mövsümün rənglərini əks etdirən şapkalarla gözəlliyimizi tamamlaya bilərik.
 
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!