Osse 2014 Günəş gözlüyü modelləri

Osse 2014 Günəş gözlüyü modelləri
Aksesuarlar
10.09.2017 15
Yeni mövsüm kolleksiyasını hazırlayan Osse qadın, kişi və uşaq kateqoriyalarında optik və günəş gözlüyü olaraq iki fərqli kolleksiya hazırlayır. Günəş gözlüyü deyilincə ilk ağla gələn adlardan olan Osse günəş gözlüyü trendlərində bu mövsüm sadəlik hakimdir.

Xüsusilə də qadın günəş eynəklərində çərçivə ətrafındakı rənglər və parıltılar ortadan qaldırılaraq yalnız yan tərəflərdə əks etdirilmişdir. Gözəlliyin incə detallarda olduğunu əks etdirən Osse son dərəcə qəşəng və zərif dizaynlar ortaya çıxarmışdır.



2014 eynək trendlərinə baxdığımızda bu mövsüm yenə yumru xəttli eynəklər ön plana çıxır. Bundan əlavə, qara eynəklər isə şəffaf qara olaraq istifadə edilir.



Qəhvərəngi saça sahib qadınlar üçün qəhvərənginin hər tonundakı gözlüyü tapmaq mümkündür. Eynək tipini seçərkən üzə görə, rəngini seçərkən isə saça görə seçmək hər vaxt daha məntiqli olacaq.

Üzünüzə uyğun və saç rənginizlə uyğun bir eynək sizi həm sirrli həm də son dərəcə müasir bir görünüşə çatdıracaq. Bu mövsüm ağa yaxın sarı tonlarındakı şüşələri də tez-tez görürük.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!