Payış-qış mövsümünün aksessuar trendi

Payış-qış mövsümünün aksessuar trendi
Aksesuarlar
10.09.2017 44
 
Həcmli, daş-qaşlı, parıltılı əşyaları sevənlər 2014-2015 payız-qış aksessuar trendlərindən çox razı qalacaqlar. Mövsümün yenilikləri isə zəncirlər, medalyonlar, xaltavari boyunbağılardır.
 


Çiçəkli boyunbağılar
Payızın yağışında, qışın şaxtasında donmayacaq, geyimimizi gözəlləşdirməyə davam edəcək çiçəkli boğunbağılar bu ilin trendidir. Xüsusən "Dolce and Gabbana" kolleksiyalarındakı kimi iri və daş-qaşlı olanları seçsəniz, yaxşı olar.
 
 

Tək sırğa
Bir neçə mövsümdür ki, modaya "Earcuff" trendi daxil olub. İndi isə 90-ci illərdə popular olan "tək sırğa" trendi də geri qayıdıb. Bu tip aksessuar taxmağı sevənlərdənsinizsə, böyük və parıltılı olanlara üstünlük verin.

 

Zəncir boyunbağılar
"Choker" adlanan boyunbağılar istər idman, istər casual, istərsə də klassik ofis görünüşləri ilə əla uyğunlaşır. Ümumiyyətlə, bu il zəncirlərdən bol istifadə edin.



Çoxlu üzük
Bir-birinə bitişik, yaxud barmağın ölçülərinə uyğunlaşan çoxlu üzüklər bu il də dəbdədir. Yenə böyük və parıltılı olanlar məsləhət görülür.



Dəri aksessuarlar 
Dəri geyimlərlə yanaşı, dəri aksessuarlar da çox rastımıza çıxacaq. Bu detalını etnik boyunbağılarda, kürklə bəzədilmiş qolbaqlarda görməyə hazırlaşın.



"Cuff" qolbaqlar
Bu qış olduqca fərqli detallarla zəngin cuff qolbaqlar trenddir. Lanvin, Versace, Alexander McQueen kolleksiyalarından göründüyü kimi diqqəti cəlb edən qolbaqlar qarderoba əlavə etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!