Şapka modelləri

Şapka modelləri
Aksesuarlar
10.09.2017 117
1- Cloche - cloche şapka: Zəng formasındakı şapkalardır və 1920l-ci illərdə məşhur olan bu şapkalar son illərdə yenidən dəb halına gəlmişdir.
 
2- Fedora - fedora/fötr şapka: Fötr yəni yumru şəkildəki şapkalardır. Daha çox kişilər istifadə edərdi ancaq qadınlar da istifadə etməyə başlamışdır.

3- Cowboy hat - kovboy şapkası: Köhnə Qərb dövründə kovboyların taxdığı kənarları yuxarı doğru qıvrılmış və ümumiyyətlə boyundan ip keçirilən şapkalardır.
 
4- Beret/ Beanie - : Hörgü ya da parçadantikilən və başı bütöv örtən şapkalardır.
 
5- Floopy hat- floopy şapka/disket şapka :Disket şapkalar sizi günəşdən maksimum qoruyan, geniş kənarlı şapkalardır.

6- Victorian hat- Viktorian şapka: Viktoria dövrünə aid şapkalardır
Şapka növləri

7- Mini hats -mini şapka: Bəzək olaraq istifadə edilən kiçik və bəzəkli şapkalardır.

8- Visor -günəşlik: günəşdən üzü və gözləri qorumaq içn istifadə edilən modellərdir.
 
9- Trapper hat - ovçu şapkası: Daha çox ovçuların istifadə etdiyi, qulaqları bağlayan və içi tüklü olan ya da isti tutan vəsaitdən tikilən şapkalardır. Xüsusilə soyuq bölgələrdə çox məşhurdur.
 
10- Skimmer hat - kevgir şapka: Bunlar üstləri düz olan və sərt kənarlı həsir hörgüdən hazırlanmış şapkalardır.
 
11- Bobble hat - ponponlu şapka: Ümumiyyətlə hörgü olan və təpəsindən ponponu olan şapka modelləridir. Əksəriyyətlə uşaqlar üçün istifadə edilən sevimli şapkalardır.

12- Snood hat - fileli şapka: Bəzək olaraq saç filesi kimi istifadə edilən baş aksesuarlarıdır.

13- Bretton hat - kənarı kıvrık şapka: Ətrafı yuxarı qıvrılmış həsir şapkalardır.

14- Bonnet - bone: Bone şəklində olan və qulaqları bağlayaraq boyun altından bağlanan şapkalardır.

15- Poorboy /newsboy hat - jurnalist uşaq şapkası: Ümumiyyətlə parçadan ya da keçədən hazərlanan, kiçik və sipərli şapkalardır. Köhnə dövrlərdə jurnalist uşaqlar taxardı, bu səbəblə adı bu şəkildə qalmışdır.

16- Hood -kapüşon: Başlıq şəklində olan geniş və boyundan bağlanan geniş başlıqlardır.

17- Sun hat - günəş şapkası: Geniş kənarlı parça ya da həsir şapkalardır.

18- Bird cage hat- tüllü-şapka: Üzəri tüllə örtülü olan və üzü tülün bağladığı köhnə fəslərə bənzər bəzəkli bir şapka modelidir.

19- Fez- fes: Konus şəkilli bir şapka modelidir. Köhnə Osmanlı dövründə kişilər istifadə edərdi.

20- Bucket hat - balıqçı şapkası: Kənarları qısa və aşağı qıvrılmış olan və ümumiyyətlə balıqçıların istifadə etdiyi şapka növüdür.

21- Porkpie hat- ….. : Amerikalı caz və blues musiqiçilərinin istifadə etdiyi şapkadır.

22- Boonie hat - … : Kamuflyaj naxışlı parçadan edilən əsgəri ya da safari modeli şapka növüdür.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!