Qış papaqlarındakı qotazlar nəyə lazımdır?

Qış papaqlarındakı qotazlar nəyə lazımdır?
Aksesuarlar
10.09.2017 12
Qışda beretlər xeyli trend olur. Xüsusi ilə üst hissəsində qotazları olan rəngli papaq modelləri son dərəcə aktualdır. Bu papaqları gündəlik istifadə etmək çox əlverişlidir. Bəs görəsən bu papaqlardakı qotazlar nəyə lazımdır və necə yaranıb?



Qarderobdakı geyim detallarının bir çoxu kimi, papaqlardakı qotazların da da qədim tarixi var. XVIII-XIX əsrlərdə qotazlar orduda fərqləndirmə rolunu oynayırdı. Rənginə və formasına görə adi əsgəri zabitdən seçmək olur, onun hansı qoşuna məxsus olduğunu bilmək olurdu. Bundan əlavə fransız gəmiçilərinin papağında da qotazlar olurdu. O dövrün gəmilərinin otaqları dar və alçaq tavanlı olduğu üçün dempfer rolu oynayırdı və başın üst hissəsini zərbərlərdən qoruyurdu.



Qotazlar həm də qızğın ingilis futbol azarkeşlərinin başını küçə döyüşlərindəki zərbələrdən qorumaq üçün nəzərdə tutulmuşdu. Ötən əsrin altmışıncı illərində bu onların qarderobunun ayrılmaz hissəsinə çevrilir. Azarkeşlərdən savayı qotazlı papaqları xizəkçilər də taxırdılar. Bir sözlə, hərbi geyim forması ilə əlaqəsi kəsilən qotazlar get-gedə öz funksiyasını itirərək papaqların dekorativ detalı və qışın sevimli atributu olaraq qalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!