Tuba Büyüküstünün aksessuar dəbi

Tuba Büyüküstünün aksessuar dəbi
Aksesuarlar
10.09.2017 13
"Kara Para Aşk” serialının baş rol ifaçısı Tuba Büyüküstün təkcə gözəlliyi ilə deyil, serialda taxdığı aksessuarlarla da diqqət çəkir.



O, görünüşündə ən xırda detallara qədər hər şeyi düşünür, geyimləri ustalıqla bir-birinə uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə eksperimentlər edir. Bu filmdə Tuba rolu ilə sanki müasir modanın nə olduğunu və fərqlənməyi öyrədir.



Film ekranlara çıxandan sonra serialda taxdığı aksessuar və geyimləri trendə çevrilib. Aktrisanın özünəməxsus üslubu Türkiyədə dəbə istiqamət verir, dəb tendensiyalarını müəyyənləşdirir. Odur ki, qızlar onun geyim üslubunu təqlid edirlər. Serialda taxdığı sırğalar, üzüklər, qolbaqlar və bandanalar qızlar arasında böyük rəğbət qazanıb. Yeri gəlmişkən qeyd edək ki, Tubanın filmdəki obrazı üzərində bir neçə stilist işləyir



Aktrisanın serialda diqqət çəkən aksessuarlarına aid bir neçə nümunəni təqdim edirik.




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!