Qeyri-adi çətirlər - fotolar

Qeyri-adi çətirlər - fotolar
Aksesuarlar
10.09.2017 12
Çətirdən
ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin
rəmzi kimi istifadə olunub. Tarixən bu aksesuardan daha çox günəşdən
qorunmaq üçün istifadə edilirdi. Hətta ingiliscədə "umbrella" sözü latın
dilində kölgə mənasını verən "umbra" kəlməsindən yaranıb. Müasir dövrdə
isə bu aksesuar bizi yağışdan, qardan qoruyur. 



Avropada çətirlər yun və kətan parçadan hazırlanır, su keçirməməsi
üçün yağlanırdı. Bu da ona qara rəng verirdi. Digər qitələrdən fərqli
olaraq Avropada çətirlər kişilər tərəfindən də mənimsənildi. Qara rəngli
çətirlər kişilərin, ağ rəngli çətirlər isə qadınların ayrılmaz atributu
oldu.



Yun parçaya yağ sürtülərək düzəldilən çətirlər sonradan başqa
parçalardan düzəldilməyə başlansa da qara rəng su keçirməzliyin simvolu
olaraq qaldı və əksər çətirlər qara rəngdə düzəldildi.



O dövrdən bu yana müəyyən dəyişikliklərə uğrayaraq bu günki günümüzə
gəlib çıxan bu əşya, müasir dizaynerlər tərəfindən yenidən işlənilərək
qeyri-adi formaları təqdim olunmaqdadır.



Qadınlar. biz onlardan bir neçəsini sizə təqdim edir.



Dizaynerlərin hazırladığı maraqlı çətirlərdən biri Holland rəssam
Van Qoqun məşhur "Ulduzlu Gecə” əsərinin əks olunduğu çətirdir. Bu
çətirin altında özünüzü sanki ulduzlu səmanın altında hiss edəcəksiniz .







Aerodinamik çətirlər - Yəqin ki, çoxunuz küləkli, yağmurlu havada
çətir götürə bilmirsiniz. Külək əlimizdəki çətiri tərsinə çevirir.
Dizaynerlər bu problemin həllini artıq tapıblar. Bunun üçün aerodinamik
çətirlər işlənib hazırlandı. Təxminən 100m/saat sürətlə əsən küləyə
davamlı bu çətirlər digərlərindən fərqli olaraq çevrilmir və heç bir
deformasiyaya uğramır.



Bu çətirlər "küləklər şəhəri" Bakının havasına uyğunlaşdırılmış ən ideal seçimdir.







Dekorativ çətirlər - Qadınların sevimlisi olan bu çətirlər aksesuar
kimi istifadə olunur. Guy de Jean şirkətinin dizaynerlərinin hazırladığı
bu çətirlərlə ətrafdakıların diqqətini cəlb edə bilərsiniz.







Bəzən yağmurlu havalarda velosiped sürmək ev heyvanlarını gəzintiyə
çıxarmaq çətinləşir. Bir əlinizdə çətirlə də velosiped sürmək mümkün
deyil. Dizaynerlər insanların bu problemini də həll etmək üçün bir yol
tapdılar. "Nubrella" adlanan tutacaqsız çətirlər istehsal olunmağa
başladı.



Bakıda velosiped sürənlərin sayının günü gündən artdığını nəzərə alsa bu çətir paytaxt sakinlərinin işinə yarayacaq. 







Ürək formalı çətir - romantik, sevgi dolu anların xatırlandığı, bu
çətirlər sevgililər günündə ən ideal hədiyyə hesab olunur. 







Qalxan formalı çətirlər - Qalxan şəkilli bu çətirlər külək və yağmur
qarşısında bir qalxan təki sizi qoruyacaq. Daxilində xüsusi
quraşdırılmış ip vasitəsilə istənilən ölçüyə sala biləcəyiniz bu
çətirlər Tayvan dizaynerlər tərəfindən hazırlanmışdır.







Göy qurşağı çətirləri - Gününüzə xoş əhval ruhiyyə bəxş edən bu
çətirlər göy qurşağının rənglərini özündə əks etdirirək soyuq yağmurlu
havanın darıxdırıcı aurasından sizi xilas edəcək.







Dəbilqə çətir - dəbilqə formasında olan bu çətirlər başınıza
keçirərək küləkli, yağmurlu havada tam müdafiə oluna bilərsiniz.







Bəzən əlimizdəki çətiri bir yerə söykəmədən istədiyimiz kimi
yerləşdirə bilmirik. Bunun üçün çətir istehsalçıları tərs çətirlərin
dizaynını işləyib hazırladılar. Onları tərsinə qatlayaraq asanlıqla asa
bilərsiniz.







Dövrümüzdə hər kəsin ən böyük aslılığı telefondur. Yolda gedərkən
telefonumuza gələn mesajlara cavab yazmadan dura bilmirsinizsə bu çətir
sizin işinizə mütləq yarayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!