Bu qışın dəbdə olan aksesuarları

Bu qışın dəbdə olan aksesuarları
Aksesuarlar
10.09.2017 14
Artıq
payızın son ayını yaşayırıq. Qarşıdan qış gəlir. Çoxunuzu, əsasəndə
aksesuar taxmağı sevən xanımları düşündürən mövzulardan biri də bu qış
hansı aksesuarların dəbdə olacağıdır. Aksesuarlar geyindiyimiz geyimləri
tamamlamaq üçün ideal vasitələrdir. Onları seçərkən rəng və ölçülərinə
fikir vermək lazımdır ki, geyindiyiniz geyimlə ahəng yarada bilsin. 



Qadınlar.biz  sizlərə bu qış taxa biləcəyiniz ən dəbdə olan aksesuar modellərini təqdim edir.



Bu il böyük boyunbağılar, qalın kəmərlər, böyük sırğalar və dirsəyə qədər əlcəklər dəbdə olacaq. 



Mirvari
boyunbağılar bu sezonun ən dəbdə olanlarındandır. Stella Mc Cartney bu
sezon 2 cərgəli mirvariləri, Şanel mirvaridən qat-qat və uzun
boyunbağıları, Gucci isə mirvarilərlə böyük üzüklər təklif etdi. 







Dirsəyə
qədər əlcəklər bu ilin favoritlərindəndir. Dirsəyə qədər uzanan bu
modellər sizə incə bir görkəm bəxş edəcək. Əsasən dəridən hazırlanmış
formaları dəbdə olacaq.







Artıq
bir neçə ildir ki, yaxa sancaqları çox populyardır. Bu il də dəb
aləmində öz yerini tutan yaxa sancaqlarının qaşlarla bəzədilmiş, bir
qədər böyük formaları dəbdə olacaq.







Keçən
sezon incə kəmərlərlə, hətta ip şəkilli kəmərlərlə yadda qaldı. Bu qış
nazik kəmərlərinizə vida edib, yeni qalın kəmərlər taxsanız dəblə
ayaqlaşmış olarsınız.







Hər
hansı bir metaldan hazırlanmış böyük boyunbağılar bu il dəbdə olacaq.
Hətta bütöv sinəni tutacaq qədər böyüklükdə olan boyunbağıların sezonu
başlayır desək yanılmarıq.







Bu
sezon kürklərə donlarda, çantalarda və hətta ayaqqabılarda rast
gəlsəniz heç də təəccüblənməyin. Çünki bu sezon onların sezonudur. Kürk
yaxalı paltarlar şərflər dəbdə olacaq.







Keçən sezondan bəri dəbdə olan tək qulağa sırğa taxmaq yenə dəbdədir. Lakin bu qış bir qədər böyük sırğa taxmaq dəbdə olacaq. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!