Hollivudsayağı sırğa dəbi

Hollivudsayağı sırğa dəbi
Aksesuarlar
10.09.2017 15
Yəqin
ki, qadınlar gözəl görünməkdən ötrü hər əzaba qatlaşan nadir varlıqdır.
Biz xanımlar gözəllik və fədakarlıq mövzusunda bəzən həddimizi aşırıq.
Məsələn, heç bir kişi cəlbedici görünməkdən ötrü gün boyu ağır, sallanma
sırğaları gəzdirməyə razı olmaz! Amma bu, heç kimə ziyan vermirsə, niyə
də gözəl görünməyə can atmayaq?

 

Bu yazıda da "Gözəllik qurban tələb edir!” deyib taxdığımız böyük ölçülü sırğa dəbindən danışmışıq.

 

Hər bir
qadın obrazın tamamlanmasında zinət əşyalarının payının böyük olduğunu
yaxşı bilir. Xüsusilə, obrazı darıxdırıcı olmaqdan xilas edən sırğalar
zərif cinsin nümayəndələri üçün əvəzolunmaz aksessuar sayılır. Bir
sözlə, irihəcmli sırğalar onun sahibinə də diqqət yetirməyə vadar edir.

 

Sadəliyə
üstünlük verən xanım olsanız da, hər bir modapərəstin öz mücrüsündə
qulaqda sallanan "çılçıraq” formalı bir cüt sırğası olmalıdır.
Birincisi, onlar kifayət qədər diqqət cəlb edir. İkincisi, istənilən saç
düzümü ilə gözəl görünür, üçüncüsü, böyük sırğaları boyunbağı,
bilərzik, üzük və digər aksessuarlarla uyğunlaşdırmaq lazım gəlmir. Bir
cüt böyük ölçülü sırğa ilə bütün işinizi həll etmiş olur, sırğanı üzük,
boyunbağı və qolbaqla uzlaşdırmaq kimi əlavə işdən azad olursunuz. Bu
halda sizin obrazınız güclü və ahəngdar olacaq.

 

Akvamarin,
xrizolit, yaqut, firuzəyi daşlardan düzəldilən sırğalar hər zamankı
kimi yenə aktualdır. Axı onlar həm qəmzəli qarabuğdayılara, həm şux
sarışınlara, həm şabalıdı saçlılara, həm də effektli kürən şıltaq
gözəlçələrə yaraşır.

 

Hollivudun
tanınmış simaları da qırmızı xalı üçün, adətən, böyük ölçülü sırğalar
seçir. Qüsursuz görünmək istəyən xanımlar onlardan nümunə götür. Bu da
onların imicləri üzərində peşəkar stilistlərin işləməsi ilə əlaqəlidir.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!