200 illik dəb yenidən oyanır: xalta kolyelər

200 illik dəb yenidən oyanır: xalta kolyelər
Aksesuarlar
10.09.2017 13
Dəb mütəxəssisləri 2016-cı ilin ən populyar aksessuarının xaltaya bənzər boyunbağılar olacağını düşünürlər.

 

İlk
dəfə 1800-cü illərdə dəb aləminə ayaq açan xalta kolyelər o dövrlərdə
zadəgan təbəqəsinin ən sevimli aksessuarı olub. 90-cı illərdə dəb
aləminə qayıtsa da, müasir qadının ürəyini fəth edə bilməmişdi. Elə ötən
il də bir çox məşhur brend bu tip boyunbağılar istehsal etsə də, Ledi
Qaqa, Rihanna kimi qeyri-adiliyi sevən ulduzlar istisna olmaqla, heç kim
bu dəblə ayaqlaşmaq istəmədi.

 

Bunu
nəzərə alan dizaynerlər 2016-cı il üçün hazırladıqları xalta kolyeləri
olduqca fərqli detallarla zənginləşdiriblər. Ötən illərdə belə kolyelər,
adətən, metaldan hazırlanırdısa, bu il muncuqlar, lentlər, gipürlərdən
də istifadə olunub. Bu isə həm küçə kombinlərində, həm də  dəbdəbəli
mərasimlərdə xalta kolyeləri seçməyə şərait yaradır.

 

Qeyd
edək ki, "Etro”, "Christian Dior”,  "Anna Sui”, "Valentino”, "Chanel”,
"Lanvin” kimi məşhur moda evləri yaz-yay mövsümü kolleksiyalarında xalta
kolyelərə üstünlük veriblər.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!