Türk gözəllərinin əvəzolunmaz bəzəyi

Türk gözəllərinin əvəzolunmaz bəzəyi
Aksesuarlar
10.09.2017 14
Milli
geyimlər ölkənin maddi mədəniyyəti, xalqa xas olan xüsusiyyətləri
özündə əks etdirir. Onlar xalqın sarsılmaz etnik nişanələrinə aiddir.
Millətin etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri  milli
geyimlərlə yanaşı, bəzək əşyalarında da öz əksini tapır.

 

Xüsusilə,
Osmanlı imperiyasının mövcud olduğu dövrlər Türkiyə tarixinə qızıl
hərflərlə yazılıb. Bu, türk mədəniyyəti, o cümlədən, dəb sahəsi üçün
mühüm mərhələ olub. O dövrün geyimləri hər zaman böyük maraqla
qarşılanıb. Təsadüfi deyil ki, Türkiyənin adı adətən, şərq motivləri,
ipək parça üzərində işlənən bədii tikmə sənəti və daş-qaşlarla
assosiasiya olunur.

 

Yeri
gəlmişkən, zinət əşyaları Osmanlı tarixindən bəhs edən "Möhtəşəm 100 il”
serialının qəhrəmanlarının obrazında da xüsusi rol oynayıb. Onların hər
birini ayrı-ayrılıqda əsl incəsənət əsəri adlandırmaq olar. Hazırda
imperiya xəzinəsi kolleksiyasında sərgilənən eksponatlar, seçmə
nümunələr olmaqla, əsasən qızıl və digər qiymətli materiallardan
hazırlanmış nadir zərgərlik nümunələrindən ibarətdir. Nadir qiymətli
daş-qaşlar, zümrüd və brilyantlarla bəzədilmiş zərgərlik nümunələri
kolleksiyanın tərkib hissəsidir.

 

İlk
növbədə, sultanların  imicində böyük rol oynayan inanılmaz dərəcədə
gözəl taclar, saç aksessuarları və digər baş geyimləri haqqında danışmaq
istərdik.

Baş
geyimlərinin geniş yayılmış növlərindən biri də təbii ki, taclar idi.
Taclar tarixən Osmanlı imperiyası dövründə hərəmxana qızlarının
obrazının ayrılmaz hissəsi idi.

Tacları
böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən mühüm
aksessuarı adlandıra bilərik. Çox az insana nəsib olan, kraliça, sultan
və şahzadələrin daşıdıqları bu baş geyimi bu gün də dünyanın ən bahalı
aksessuarı hesab olunur. Taclar çox özəl və qiymətli qaşlarla,
brilyantlarla bəzədilən zinət əşyalarından daha qiymətlidir.

 

Osmanlı 
sultanlarının baş geyimləri  gözəlliyinə və rəngarəngliyinə görə
olduqca cəlbedici və maraqlı idi. Bura ipək kəlağayılar, ləçək, örpək
 və s. daxil idi. Qeyd etmək lazımdır ki, tacları həm tül fata, həm də
fatasız taxmaq olardı.

Türk
sultanlarının baş geyimləri digər ölkələrin taclarından xeyli
fərqlənirdi. Belə ki, türk sultanları saçlarını çələng formasında
aksessuarlarla bəzəməyi daha çox sevirdi. Sözsüz, onların üzü bahalı
daş-qaşla işlənmişdi. Əgər özünüzü həqiqi şərq gözəli kimi hiss etmək
istəyirsinizsə, özünüzə bir cüt belə saç bəzəyi alın.

 

Bu
serialda gördüyümüz bəzək əşyaları müasir dəbə təsirsiz ötüşməyib.
Unutmaq lazım deyil ki, müasir moda ilham mənbəyini çox vaxt şərqdə
tapır. Belə ki, bir çox zərgər və bəzək əşyalarının satışı ilə məşğul
olan şirkətlər sultanların obrazına bəzək qatan saç aksessuarlarının
surətini istehsal etməyə başladı. "Möhtəşəm 100 il”  serialından
ilhamlanan istehsalçıların Osmanlı dövrü üslubunda hazırladıqları bəzək
əşyalarını modapərəstlər böyük məmnuniyyətlə qəbul etdi. Əlbəttə, onlar
gündəlik  istifadə üçün uyğun deyil. Bugünkü reallıq da üzərimizdə belə
təmtərağı daşımağa imkan vermir. Lakin siz axşam tədbirinə və toya
hazırlaşırsınızsa, bu dəbdəbəni özünüzə rəva görə bilərsiniz. Əmin olun
ki, Osmanlı üslubunu özündə əks etdirən zinət və bəzək əşyalarında siz
diqqətdən kənar qalmayacaqsınız.

 

Serialın
qəhrəmanları öz prototipləri  kimi, bəzək məsələsində xeyli səxavətli
davranıb. Onların bərbəzəyi saç aksessuarları ilə məhdudlaşmırdı.
Qiymətli daş-qaş sultanların sahib olduğu statusu vurğuladığı üçün
təmtəraqlı boyunbağılar, üzük, kəmər və sırğalar onların obrazından
əskik olmurdu. Saray qızları boyunbağı, üzük və sırğaları həvəslə
taxırdı. Qızların boyunbağıları kifayət qədər rəngarəng idi. Bu sapa
düzülmüş mirvari boyunbağı, zümrüd, firuzə, sapfir, yaqut qaşlı kolye də
ola bilərdi. Sultanların mücrüsünün ən qiymətli daşı isə sözsüz ki,
mirvarilər idi.  

Serialın
qəhrəmanlarının sırğaları da böyük olması ilə xarakterik idi. Qiymətli
metal və daşlardan düzəldilmiş bəzək güclü  təsir bağışlayırdı.

 

Əlbəttə,
üzüklər diqqətdən yayına bilməz. Hürrəm Sultan üzüklərə qarşı çox
həssas idi. Onun bir-birindən gözəl iri qaşlı üzükləri vardı. Bu cür
üzüklər bəzək funksiyasını yerinə yetirməklə yanaşı, sultan statusunun
rəmzi sayılırdı. Sultan Süleyman üzüyü Hürrəm Sultana sevgi, sədaqət və
hörmət əlaməti olaraq bağışlamışdı. Sultanın özü də həmişə tək qaş üzük
taxardı. Bir qayda olaraq, həmin üzüyün qaşı nadir daşdan, həm də bir
ədəd düzəldilirdi. Belə bəzək əşyaları böyük əhəmiyyət kəsb edirdi.

Belə
üzüklər indiyə qədər həm mənəvi, həm də nadir olmasına görə, bütün zinət
əşyalarından daha dəyərli hesab olunur. Yeri gəlmişkən qeyd edək ki,
Türkiyənin Ləl-cəvahirat İxracatçıları Birliyinin rəhbəri Ayxan Güner
Hürrem Sultanı canlandıran aktrisanın istifadə etdiyi yaşıl qaşlı üzüyün
1 milyondan çox satıldığını bildirmişdi.

Türk
gözəllərindən nümunə alaraq siz də iri formalı üzük taxa bilərsiniz.
Lakin yadda saxlayın ki, iri qaşlı üzük taxdıqda digər aksessuarlardan
istifadə etməmək daha yaxşıdır.

 

Xüsusi
vurğulamaq lazımdır ki, ləl-cəvahiratlar sultan qızların cehizində
önəmli yer tutardı. Evlənərkən bir padşah qızına bir almaz klon, almaz
bilərzik, bir dəst zümrüd qaşlı sırğa hədiyyə edər, qıza daş-qaşla
bəzədilmiş ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah
sultan evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular
olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə cehizindəki
çox dəyərli tək qaş brilyant üzük və salxım formalı zümrüd qaşlı sırğası
diqqət çəkmişdi.

 

Bu gün
istehsalçılar bahalı zinət əşyaları ala bilməyən təbəqə üçün onların
eynisinin ucuz variantlarını istehsal edirlər. Məsələn, dəyərli
mirvarini sünisi ilə əvəz etmək olar. Bu cür bəzək əşyalarını klassik
qara don, yaxud şərq üslubunda tikilmiş paltarla geyinmək olar.

 

Osmanlı
dövrünün  gözəlləri, əsasən tünd çalarlı zinət əşyalarına üstünlük
verirdi. Bu rənglər qəhrəmanların geyimləri ilə gözəl ansambl yaradırdı.
Burada stilistlərin zəhməti də böyükdür. Aydın görünür ki, stilistlər
hər bir obraz üzərində əməlli-başlı baş sındırıblar.




 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!