Ayaq üçün bəzək dəbi

Ayaq üçün bəzək dəbi
Aksesuarlar
10.09.2017 22
Boyun,
qulaq, qollar və barmaqlardan başqa, ayaqlar üçün də bəzək əşyaları
mövcuddur. Ayaqlar üçün nəzərdə tutulmuş bəzək əşyaları - zəncirlər
topuğun yuxarı hissəsinə bağlanır və ona xalxal deyilir.

 

Etnik
mədəniyyətlərin moda dünyasına əks olunması ilə bir çox detal trend
olmağa başladı. 70-ci illərin hədiyyəsi bohem tərzinin sevilən
detallarından biri olan xalxal yaz-yay mövsümündə ən diqqətçəkən
aksessuardan biri olacaq.

Belə
növ bəzək əşyaları, bu yaxınlarda populyar olduqdan sonra
modapərəstlər, xüsusilə, dünya məşhurları ona biganə qala bilmir. Bir
çox stil ikonaları xalxalı böyük həvəslə istifadə etməyə başlayıb.
Əslində, ayaq zəncirləri qolbağın təkmilləşdirilmiş versiyasıdır. Belə
zəncirlər ayağı daha seksual göstərir. Xalxallar əsasən nazik zəncirdən
düzəldilir, amma son vaxtlar onların qalın və muncuqlu modellərinə də
rast gəlinir.

 

Xalxal
detalı yalnız zərif  paltar və ayaqqabılarla istifadə edilmir. Bu
mövsüm xalxalın, xüsusilə idman ayaqqabıları ilə bol-bol istifadə
edilməsinin şahid olacağıq. Stiletto, səndəl və ya baletka fərq etmir,
xalxal hər növ ayaqqabı modelini müşayiət edəcək.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!