Fransız gözəllərinin ölməz klassikası

Fransız gözəllərinin ölməz klassikası
Aksesuarlar
10.09.2017 42
Fransız dəbi dedikdə ilk olaraq, beretləri xatırlayırıq, çünki beret fransız dəbinin zinəti sayılır.

soyuq
havalar üçün dizaynerlər bir çox baş geyimləri istehsal etsə də,
klassik fransız bereti onlar arasında ən gözəlidir. Bu papağı nəinki
qışda, hətta yaz və yay aylarında da istifadə etmək olar. Bu papaqlar
mövsümdən asılı olmayaraq, istənilən obrazı gözəl göstərməyə qadirdir.
Fransız beretini, adətən, qadınlar taxır. Buna baxmayaraq, bu baş geyimi
kişilərdə, xüsusilə, rəssamlarda çox effektli görünür.

 

İlk
beretlərin yaranması XV əsrə təsadüf edir. Bəziləri bu papağın
rəssamlara aid olduğunu düşünsə də, bu aksessuar ilk dəfə fransız casusu
üçün yaradılıb. Sonradan onları keşişlər mənimsədilər, o vaxtlar beret
dördbucaq formada idi. Bir qədər sonra bu aksessuar həm ordu, həm də
Avropanın mülki əhalisi arasında populyar olmağa başladı. O vaxtlar
beretlər kiçik ölçüdə olub və əsasən, məxmər və ipək parçadan
tikilir, lent, toqqa, sancaq və lələklərlə də bəzədilirdi.

 

Romantizm
dövründə beretlər incəsənət adamları arasında populyarlaşmışdı. XX
əsrin 1920-ci illərindən başlayaraq fransız modapərəstləri bereti qadın
qarderobuna daxil etdilər. Onlar  bereti gündəlik geyimlərlə
uyğunlaşdırmaqla obrazı daha şıq göstərirdilər. Hazırda bu aksessuar bir
çox ölkələrin hərbi geyimi kimi də istifadə olunur.

 

Beretlərin
yaranması XV  əsrə təsadüf etsə də, bu gün onların klassik variantları
hələ də  əvvəlki  aktuallığını qoruyub saxlayıb. Beretlərin ən çox
qırmızı və qara rəngi məşhurdur. Siz zövqünüzə uyğun olaraq, digər
rəngləri seçə bilərsiniz. Beretlər də öz növbəsində müxtəlif materialdan
hazırlanmış ola bilər, amma daha çox yun və ya pambıq qarışığından
hazırlanır.

Toxunma beretlər də çox yayılıb. Beretin forması ciddi, yığcam, kiçik və həcmli ola bilər.

 

Modapərəstlər
bereti çox zaman biryanlı qoyur. Prinsipcə, bu, istəyə bağlıdır. Bereti
qarlı və şaxtalı havada biryanlı qoymaq tövsiyə olunmur. Başın ancaq
bir tərəfini örtdüyü üçün soyuqlamaq ehtimalı artır.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!