Müxtəlif ölkələrdə dəbdə olan zinət əşyaları

Müxtəlif ölkələrdə dəbdə olan zinət əşyaları
Aksesuarlar
10.09.2017 24
Elə
xanım yoxdur ki,  qızıl-zinət əşyalarını bəyənməsin, daş-qaşın
parıltısından təsirlənməsin. Dünyanın harasında olursa-olsun, qadınlar
aksessuarların qarşısında acizdir.

 

İspaniya

Şəhərdə
parlaq rənglər və ziddiyyət çox olmasına baxmayaraq, İspaniya sakinləri
bərbəzəklərdə daha çox minimalizmə üstünlük verir. İspan modapərəstləri
koloritli detallara, iri sırğalar və ya boyunbağılara yalnız xüsusi
hallarda müraciət edir.

 

İspaniyalı
qızların obrazlarında əsas zərgərlik trendi çoxqatlı boyunbağılardır.
Dəbli qızların boyunlarını dekorativ asmalı uzun zəncirlər bəzəyir.

 

Onların obrazının
digər mühüm elementi isə böyük boyunbağılardır. Onları həm gündəlik
obrazlarda, həm də gecə tədbirlərində görmək olar. Şirin və qeyri-adi
kulonlar da müasir ispan qızlarının üslubunun əsas elementlərindən
biridir.

 

Almaniya

Minimalizm
və ciddilik alman qızlarının üslubuna xas olan əsas cəhətdir. Buna
baxmayaraq, əsl modapərəstlər xırda detallara böyük diqqət yetirirlər.
Qeyri-adi həndəsi formalı bəzək əşyalarına, müxtəlif ornamentlərlə
işlənmiş qolbaq və sırğalara bu ölkənin dəbli qızları biganə qalmır.
Bakıdan fərqli olaraq, Almaniyanın müxtəlif şəhərlərində gündəlik
həyatda zinət əşyalarından, təmtəraqlı aksessuarlardan istifadə edən
qızlara çətin ki, rast gələsiniz. Yox, əgər hər hansı alman qızı
bərbəzək taxmaq qərarına gəlibsə, onlar aksessuarların geyimlə
uyğunluğuna xüsusi diqqət edəcək. Bir sözlə, obraz xırdalıqlarına qədər
düşünülmüş olacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, alman qızları hər
şeydən əvvəl paltarların rahatlığına və əlverişli olmasına diqqət
edirlər.

 

İtaliya

İtaliya
əbəs yerə moda dünyasının mərkəzlərindən biri sayılmır. Məhz bu ölkədə
dünyanın bir çox aparıcı geyim brendləri yaradılıb. İtaliyalı qadınlar
xüsusi gözəlliyi və üslubu ilə həmişə fərqlənib. Şübhəsiz ki, bəzək
əşyaları onların qarderobunun vacib elementidir.

 

Bütün
barmaqları bəzəyən çoxlu sayda müxtəlif üzüklər italyan modapərəstləri
arasında geniş yayılmış trenddir. Üzüklərin vəhdəti və sayı tamamilə
müxtəlif ola bilər: nə qədər çox üzük olsa, bir o qədər yaxşıdır.
İtalyan xanımları təbii gözəlliyini vurğulamaq və ya parlaq obraz
yaratmaq üçün tez-tez iri sırğalara da üstünlük verirlər.

 

Azərbaycan

Azərbaycan
xanımları əsl qızıl hərisidir. Məsələn, bahalı materialdan hazırlanmış
zinət əşyaları, adətən, şənliklərə, qonaqlıqlara, gecə tədbirlərinə
taxılır.  Bakılı xanımlar isə zinət əşyalarından gündüz də ayrılmaq
istəmir. Dolayısı ilə gözəl görünmək eşqi bayağılıqla nəticələnir.

 

Qeyd edək ki, Azərbaycanlı modapərəstlər arasında açar, mələk, eləcə  də, öz adı yazılmış kulonlar çox məşhurdur.

 

ABŞ

Amerikadakı
müxtəliflik və imkanlar, o cümlədən saysız brendlərin fəaliyyət
göstərməsi modapərəstləri dəb tendensiyalarını sürətlə dəyişməyə vadar
edir. Trendlərə əməl etməyənlər isə özündən yeni maraqlı variantlar
fikirləşib tapır. Məsələn, bir neçə ildir ki, amerikalı modapərəstlər
zəncir boyunbağıları qara və digər rəngdə paraçadan tikilmiş xaltalarla
əvəz edib. Belə detallar obrazı daha cəlbedici və maraqlı edir. Artıq
bir çox dünya ulduzları da bu trendə böyük məmnuniyyətlə əməl edir.
Üstəlik, stilistlər xalta boyunbağıları həm gündəlik, həm də ən
əhəmiyyətli tədbirlərə taxmağa icazə verirlər.

 

İngiltərə

Ən
cəsarətli dəb eksperimentləri ingiltərəli stil ikonalarına aiddir. Üz
quruluşuna yaraşan qeyri-adi və maraqlı sırğalar, bəzək əşyaları,
müxtəlif boyunbağı və kulonlar  britaniyalı modapərəstlərin seçimləri
arasında çoxluq təşkil edir. Həmçinin 90-cı illərin vintaj bəzək
əşyaları britaniyalı gözəllərin qarderobunun bir hissəsini təşkil edir.

 

Müasir
aksessuarlar da mühüm trenddir. İşıqların təsiri ilə rəngini dəyişən
rəngli daşlar və ya bəzək əşyaları əhval-ruhiyyəni qaldırır. Digər
maraqlı variant barmaqları bəzəyən üzüklər ola bilər.

 

Rusiya

Rusiyalı
xanımların stilinə nəzər salıb əminliklə demək olar ki, onlar Moskvaya
da dəb paytaxtı statusu qazandırmaq niyyətindədir. Bu yolda çox iddialı
olan rus qadınlarını fərqləndirən əsas cəhət sadəliyə üstünlük
vermələridir. Rus gözəlləri, adətən, zərif  sırğa, saat və nazik
boyunbağı ilə kifayətlənirlər. Ayaq zəncirləri də rus xanımların
obrazını effektli göstərən vacib detaldır.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!