Romantikanı sevən gəlinlər üçün çələng dəbi

Romantikanı sevən gəlinlər üçün çələng dəbi
Aksesuarlar
10.09.2017 24
Toy
mövsümü yaxınlaşır. Bu da o deməkdir ki, gəlin namizədləri artıq toy
hazırlıqlarına başlayıb.  artıq yerə qədər uzanmış duvaqlar, təmtəraqlı
taclar dəbdə deyil. Onların yerini bohem üslubunun əsas elementlərindən
biri sayılan, romantik gül çələngləri tutub. Canlı güllərdən hazırlanmış
çələnglər daha zərif və təbii gəlin obrazı yaradır, həmçinin istənilən
gəlinlik paltarı ilə gözəl vəhdət təşkil edir.

 

Xaricdə
çiçəklərlə bəzənmiş gəlin tacları çoxdan dəbdədir. Artıq bir neçə ildir
ki, çələnglər ölkəmizdə də dəbə minməyə başlayıb.  Bu ənənənin əsasını
Monako şahzadəsi Andrea Kaziraqiyə ərə gedən Tatyana  Santo-Donimqo
qoyub. O, təmtəraqlı gəlin paltarı və gözqamaşdıran taclardan imtina
etmiş, əvəzində çox sadə bir don seçmişdi.  Aksessuar olaraq romantik
obrazını tamamlayan gözəl çələng taxmışdı. Uzun müddət bir çox dəb
jurnallarının səhifələrindən düşməyən Tatyana  Santo-Donimqonun gəlinlik
obrazı indiyədək bir çox qızın ilham mənbəyi olmağa davam edir.

 

Çələnglərin
vasitəsi ilə axtarışında olduğunuz unikal və təkrarolunmaz gəlin obrazı
yaratmaq çox asan olacaq. Xəyalarınızdakı çələngi tapmaqda çətinlik
çəkirsinizsə, onu özünüz hörə bilərsiniz. Onu hazırlamaq üçün sizə
sadəcə gül lazım olacaq, həm də ucuz başa gələcək. Güllərin hansı növdə
olması artıq sizin öz ixtiyarınıza buraxılır.  Çələng üçün tamamilə
fərqli güllər seçmək olar. Əmin olun ki, onların hər biri heyranedici
görünəcək. Onu  siz gəlin buketinə uyğun seçə bilərsiniz.

 

Çələnglər
ölçüsünə görə müxtəlif: kiçik, orta və böyük ola bilər. Kiçik çələnglər
saçda ahəngdar görünür, bununla belə çox da nəzərə çarpmır. Bu
aksessuardan istifadə etdikdə saçlar adətən olaraq açıq qoyulur. Lakin
istəyə görə, sadə saç düzümləri yığdırmaq olar. Məsələn, hörüklərin
fonunda çələnglər mükəmməl və maksimum təbii görünür.

 

Böyük
çələnglər üz cizgilərini vurğulamaq istəyənlərə, eləcə də gülləri
sevənlərə çox yaraşacaq. Belə variantda gəlin çox tez diqqət çəkir, ona
görə də gəlin paltarının və digər akessuarların sadə olması da daha
yaxşıdır.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!