Babet geyənlərə böyük təhlükə

Babet geyənlərə böyük təhlükə
Çanta - Ayaqqabı
10.09.2017 8
                                                                                         

 

Ayaqlar 26 sümük, 33 oynaq, 107 bağ və 19 əzələdən ibarət olan ən mürəkkəb üzvlərindən biridir. Ayaqlar bədənin bütün ağırlığını daşıyır. Səhv seçilən ayaqqabılar kürək və omba ağrılarından duzlaşmaya qədər bir çox sağlamlıq probleminə yol açır.



Hündürdaban ayaqqabıların bədənin ağırlıq mərkəzini önə doğru itələyərək bel və ombanın normal duruşuna mənfi təsir edir. Bu vəziyyətdə bel əyriliyi artır, bunun nəticəsində isə bel və omba əzələlərində həddindən artıq gərginlik və ağrı meydana gəlir. 





Bir çox qadının istifadə etdiyi babeti uzun müddət geyindikdə ayaqlarda deformasiyalara səbəb olur.Babet ayaqqabılar hündürdaban ayaqqabıların əksinə, ayağa düşən yükü önə deyil, topuğa sürüşdürərək yüklənməyə səbəb olur. Bu da topuq, bilək və omba ağrılarına yol açır. Xarici döşəmə qismi çox incə olduğu üçün babet yerdən gələn zərbələrin qarşısını ala bilmir.

Yer ilə ayaq arasında qalın bir təbəqənin olmaması ayaq zədələrinə səbəb olur. Normalda ayaqqabıların döşəmə hissələri ayaqların yayılmasının qarşısını almaq və ağırlığın tarazlanması üçün daha sərt materialdan hazırlanır. Ancaq babetlərdə belə bir dəstəkləyici hissə yoxdur. Buna görə də babeti uzun müddət geyindikdə ayaq deformasiyalarına səbəb olur. 



[/i]
İdeal daban yüksəkliyi 2-5 sm arasında olmalı, ayaqqabıların burun qismi yumru və geniş olmalı, barmaqlar kifayət qədər rahat hərəkət etməlidir. Sintetik materialların yerinə təbii dəridən hazırlanmış, hava dövranı olan ayaqqabılar seçilməlidir. Ayaqqabının böyüklüyü ən uzun barmağa görə seçilməlidir. Əgər babetdən əl çəkmirsinizsə, içinə yumşaq bir dəstək verilməlidir[/i]
                                                       MUELIF NAZ_VEFAскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!