Ayaqqabı seçimində diqqət etməniz gərəkən 10 əhəmiyyətlə qayda

Ayaqqabı seçimində diqqət etməniz gərəkən 10 əhəmiyyətlə qayda
Çanta - Ayaqqabı
10.09.2017 10
1. Alış-verişə çıxanda çox bəyəndiyiniz bir ayaqqabını rahat olmasa almayın. Sizi bütün günü "daşıyan" ayaqqabılarınıza daha çox əhəmiyyət verin.



2. Bəyəndiyiniz bir ayaqqabının iki tayını da sınayıb sonra almağa qərar verin. Bəzən ayaqqabının bir tayı digərindən kiçik olur və bu da ayaqlarınızın sağlamlığına zərər verir.



3. Ayağınızdakı ən uzun barmaq heç bir zaman ayaqqabının ucuna dəyməməlidir. Əgər dəyirsə, bu o deməkdir ki, ayaqqabı sizin ayaq ölçünüzə uyğun deyil. Unutmayın ki, baş barmaqlar hər zaman uzun olmur.



4. "Geyindikcə genələcək" cümləsinə də aldanmayın. Bəlkə həqiqətən də genəlir,lakin buna nail olmaq həmin dəqiqə mümkün deyildir. Bu isə o deməkdir ki, günlərlə narahat ayaqqabı ilə gəzməli olacaqsız!



5.
Bir ayağınız digərindən az da olsa böyükdür. Ayaqqabı seçimini hər zaman böyük olan ayağa görə edin.



6.
Hər zaman təbii dəridən (keyfiyyətli olması üçün) hazırlanmış ayaqqabıları seçin. Ayaqlarınızın sağlamlığını da nəzərə alın. Keyfiyyətli ayaqqabıların daha uzunömürlü olduğunu unutmayın.



7. Ayağınızın ölçüsünə çox güvənməyin. Markaların qəlibləri bir-birilərindən fərqli ola bilər. Seçiminizi ayaq ölçüsünə görə deyil, ayağınıza uyğun gələn ayaqqabıya görə edin.



8. Alacağınız ayaqqabını müəyyən bir corabla geyinəcəksinizsə, mütləq onu da özünüzlə aparın.



9. "Ucuzdur vardır xəstəliyi, bahadır vardır hikməti" sözünü ağlınızdan çıxarmayın. Daha çox pul verərək aldığınız ayaqqabının həm daxili, həm də xarici dərisi daha keyfiyyətlidir. Buna görə ayaqqabınızı daha uzun müddət istifadə edə bilərsiniz.



10. Mütəxəssislər ideal daban hündürlüyünün 4 sm olduğunu bildiriblər. Bəli, bilirik dəb bu qaydanı heçə sayır, amma siz hər zaman hündürdaban və babet almaqdan qaçın. Mütəxəssislər hündürdaban ayaqqabı ilə yanaşı tez-tez babet geyinməyin ayaqlara zərərli olduğunu söyləyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!