Payız və qış üçün uzunboğaz çəkmələr

Payız və qış üçün uzunboğaz çəkmələr
Çanta - Ayaqqabı
10.09.2017 93
Uzunboğaz çəkmə geyinmək riskli işdir.  Ona görə də kobud görünməkdən qorxan xanımlar bu cür çəkmə almağa, adətən, cəsarət etmirlər.



Həmişə olduğu kimi, zamşa çəkmələr bu qış da öz ənənəsinə sadiq qalaraq dəb gündəmini yenidən zəbt ediblər. Onlar 70-ci illərin dəbi: rəngarəng midi ətəklə, xəzlərlə, eləcə də gödəkcə ilə mükəmməl şəkildə uzlaşırlar. Fedora şlyapalar isə qış obrazının əla tamamlayıcısı hesab olunur.



Mövsümün digər trendi, əlbəttə ki, dəri çəkmələrdir. Qısa don və ya ətəklə uzunboğaz çəkmələrin vəhdəti ən cəsarətli modapərəstlər üçün ideal variant olacaq.



Əgər siz dəri çəkmələri daha çox bəyənirsinizsə, minimalist tərzdə botfordlar axtarın. Onu da yadınızda saxlayın ki, dəri çəkmələr ayağa boş qalanda sizi olduğunuzdan kök göstərəcək. Çəkmələr ayağa yapışmalı, eyni zamanda rahat hərəkət etməyə imkan verməlidir.



Dəri botfordları rəngli cinslərlə, eləcə də istənilən uzunluqda ətəklərlə birləşdirmək olar. Yaddan çıxartmayın ki, ətəklə çəkmə arasındakı məsafə nə qədər az olsa, bir o qədər effektli görünəcəksiniz. Ən başlıcası isə uzunboğaz çəkmələri həddindən artıq açıq-saçıq geyimlə uzlaşdırmaq olmaz. Əlbəttə ki, özünüzü "Gözəlçə” filminin baş rol ifaçısı Culiya Robetrsə oxşatmaq istəmirsinizsə...



Dizaynerlər payız-qış kolleksiyalarında laklı çəkmələrə də yer veriblər. Məsələn, Raf Simonsun sonuncu kolleksiyasında bu tip çəkmələr göz oxşayırdı. Rəngi və qeyri-adi daban sayəsində bu çəkmələr cəsarətli xanımların seçimləri arasında yer alacaq. Amma hər halda bu cür çəkmələr geyim seçiminə ehtiyatla yanaşmağı tələb edir.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!