Modapərəstlərin çanta və ayaqqabı vəhdəti

Modapərəstlərin çanta və ayaqqabı vəhdəti
Çanta - Ayaqqabı
10.09.2017 10
Çanta
və ayaqqabının eyni rəngdə olması keçmişdən mənimsənilən dəb
aksiomudur. Lakin bu gün əsl modapərəstlər bu qaydanı ciddi-cəhdlə
pozmağa çalışır və bundan böyük zövq alır.

Bəs çanta ilə ayaqqabının fərqli rəngdə olması düzgündür?

 

İndi
XX və XXI əsrin dəb qaydalarını pozmaq çox normal qəbul edilir. Cəsur
qızlar artıq gümüşü və qızılı rəngləri birləşdirməkdən, qışda ağ
geyinməkdən, müxtəlif  naxışları uzlaşdırmaqdan qorxmur. Üstəlik,
modapərəstlərin ayaqqabı və çanta seçimi yuxarıda qeyd etdiyimiz aksiomu
o qədər ciddi-cəhdlə inkar edir ki, o artıq dəb xətası sayılmır.  

 

Modern
dəb bloqqerləri eyni rəngli ayaqqabı və çantaları bəyənmədiklərini və
bu vəhdətin həddindən artıq düşünülmüş göründüyü ilə əsaslandırır.  

 

Köhnə
qaydaların tərəfdarları isə demək olar ki, bütün hallarda eyni rəngdə
çanta və ayaqqabı geyinən kraliça II Yelizavetanı nümunə göstərirlər.
Amma mühafizəkarlar bu arqumentlərində haqlı deyillər. Birincisi, yarım
əsrdən əvvəlki dəb qaydalarını tətbiq etmək bir qədər qəribədir.
İkincisi, Britaniya kraliçasını bu və digər geyim tərzinə görə tənqid
edirlər.

 

Bununla
belə, çanta ilə ayaqqabını eyni rəngdə seçməyi ciddi qəbahət
adlandırmaq olmaz.  Dizaynerlərin fikrincə, bu tandem artıq çox dəbli
sayılmasa da, onların da yaşamaq hüququ var.

Xüsusilə,
hər ikisi neytral rəngdədirsə, bu qayda yolveriləndir. Lakin  yaxşı
olardı ki, çalarlar və ya heç olmasa, teksturalar bir-birindən seçilsin.

 

Çanta və ayaqqabı seçimində nəyə fikir vermək lazımdır?

 

*Yaxşı
olardı ki, çanta obrazdakı hər hansı bir rənglə uzlaşsın. Yaxud çantanı
başqa bir aksessuar: şərf və ya papaqla birləşdirmək olar. Onu qolbaq
və ya üzüyün rənginə uyğun  da götürmək olar. Bu zaman ayaqqabının sakit
rənglərdə olması vacibdir.  

 

*İndi hətta qəhvəyi ayaqqabı ilə qara çantanı birləşdirmək də dəb xətası sayılmır.

 

*Son
vaxtlar eyni rəngli ayaqqabı və çanta seçmək aktual olmasa da, bəziləri
bu vəhdəti klassika hesab edir. Məsələn, İrina Şeyk hələ də köhnə
qaydaya əməl edir.

 

*Əgər eyni rəngdə ayaqqabı və çantanı birləşdirmək xoşunuza gəlmirsə, bir rəngin müxtəlif çalarları ilə oynamağa çalışın.

 

*Müxtəlif materialdan tikilən,  amma eyni rəngdə olan ayaqqabı və çantanın vəhdəti də çox gözəl görünür.

 

*İddialı qızlar müxtəlif naxışları birləşdirməyi sevir. Həmçinin, eyni naxışlar da maraqlı görünür.

 

*Üstündə həndəsi naxışların bol olduğu çantalar əksər hallarda birrəngli və cəlbedici olmayan ayaqqabı ilə yaxşı görünür.

 

*Neytral
rəngli ayaqqabı ilə istənilən çantanı birləşdirmək olar. Bunun əksi də
doğrudur: neytral çanta istənilən ayaqqabı ilə yola gedir.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!