İndi alçaqdaban ayaqqabılar dəbdədir

İndi alçaqdaban ayaqqabılar dəbdədir
Çanta - Ayaqqabı
10.09.2017 20
İnternetdə
hündürdabanlar mövzusunda çox maraqlı sitatlar tapmaq olar. Məsələn,
Merilin Monro dikdaban ayaqqabıya olan sevgisini belə ifadə edib: "Hər
hansı qıza gözəl ayaqqabı verin, o, həmin ayaqqabılarla dünyanı fəth
etsin”.

 

Tanınmış ayaqqabı kralı Manola Blahnik isə ayaqqabı ilə xarüqələr yaratdığını iddia edir:

 

"Ayaqqabı
qadının yerişini dəyişəndə, bunu öz uğurum hesab edirəm, çünki adi
qadını qeyri-adi xanıma çevirmək çətindir, mənsə, bunu bacarıram”.

 

Viktoriya Bekhem: "Ayağımda dikdaban olmadan fikrimi cəmləyə bilmirəm”.

"Dikdabanda sevgilin səndən balaca görünürsə, onu başqası ilə dəyiş. Dikdaban ayaqqabılardan imtina etməyəcəksən ki?!”

 

Zərif
cinsin bir çox nümayəndələri öz həyatını dikdaban ayaqqabı olmadan
təsəvvür edə bilmirlər. Dikdaban ayaqqabılar qadını cəlbedici
 göstərdiyi üçün xanımlar istənilən narahatlığa dözməyə razı olurlar.
Lakin yeni mövsümdə bir çox dizayner hündürdaban ayaqqabılardan imtina
edib. Dəyirmi burunlu kiçik dabanlı ayaqqabılara ən çox "Creatures Of
The Wind”, "3.1 Phillip Lim”, "Dolce & Gabbana” və  "Chanel”-in
kolleksiyalarında rast gələ bilərik.

 

Demokratik
(ucuz və hamı üçün əlçatan olan markalar) markalar da bu tendensiyaya
əməl edib və mağazalarda artıq alçaqdabanlı ayaqqabılar təqdim ediblər.

 

Bütün dizaynerlər yaz-yay
kolleksiyalarında retro üslubuna müraciət edib və dabanı qısaldıblar.
Moda evlərinin yeni kolleksiyasına nəzər salsaq, görərik ki, onlar yeni
mövsümdə modapərəstlərə nənələrin ən çox sevdiyi alçaqdaban ayaqqabılar
təklif ediblər. Qoy bu ad və belə ayaqqabılar sizi qorxutmasın. Çünki
onlar çox sadədir, həm də ayaqda da kifayət qədər cəlbedici görünür.

Alçaq
və qalın dabanlı ayaqqabılar bir çox cəhətdən əlverişlidir. Onların
üstündə gəzmək rahat  olduğu üçün bütün qızların qarderobuna yol
tapacağına şübhə etmirik. Bu ayaqqabılar sadə və yığcam fasonu sayəsində
istənilən üslubla uzlaşır. Odur ki, bu qeydi yadda saxlayın: yeni
tendensiyaya əməl edib baharın ən dəbli xanımı siz olun!




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!