Kantri üslubu

Kantri üslubu
Geyimlər
10.09.2017 89
Kantri üslubu
Kovboy kantri üslubuBuraya cins, dəri şalvar və jilet, kiçik örpək, pambıq dama-dama köynək, yanları enli şlyapa, cins kombinezon, yubka-kofta daxildir. Köynəklərin ən məhşur fasonu "kovboyka"dır - uzun qol, sadə biçimli, cibli-köynək. Çox zaman arxası daha uzun olur, yaxalığının ucları gümüşü metalla bəzədilir. Bluzka fənər qollu, dik yaxalıqlı və krujeva ilə işlənmiş, ətəklər isə çox uzun, beli rezinli olmalıdır. Kantri üslubundan şalvara tünd-göy rəngli cins, dəri və ya zamşadan dar şalvar aiddir. Bu üslubda paltarlar ancaq təbii parçadan tikilməlidir: dəri, zamşa, pambıq, flanel və çit. MakiyajKantri üslubuna uyğun olan makiyaj, ilk növbədə, təbiiliyi ilə seçilməli və üzün təravətini vurğulamalıdır. Aqqressiv heç nə olmamalıdır. Gözdə kəskin xətlər olmamalıdır. Saçlar üzdən yığılmalıdır. Ən yaxşısı hörük hörmək və ya yandan yığmaqdır. Bu üslubla mürəkkəb saç düzümləri yaxşı görünmür. Parfüm zərif olmalıdır, ətir əvəzinə tualet suyundan (gül və ya otların şirin iyi) istifadə məsləhətdir. Kəndli kantri üslubu Bu üsluba valanlı enli ətək, güllü don, krujevalı köynək, toxunma jaket (uzunluğu belə və bir az aşağıya qədər) daxildir. Kantriyə uyğun rənglər qəhvəyi, boz və bejin təbii çalarlarıdır. Dekor olaraq iyi düymə və qaytandan yararlanın. Ayaqqabı sadə və rahat olmalıdır - zamşa botinka, dəridən dabansız tufli, sandal və pantaletlər. Bu üsluba uyğun aksesuarlar orta həcmli sırğa, taxta qolbaq, təbii materialdan olan saç sancaqlarıdır. Kantri üslubunda aksesuarlar Kantri üslubunda ayaqqabılar samandan sandal, pantalet, bosonojka, yumşaq dəridən burnu şiş çəkmə, botinkadır. Hər iki varianta iri dəri və samandan olan çantalar yaraşar. Baş örtüyü kimi də kənarları iri lentlə bəzədilmiş samandan şlyapa və ya parçadan yanları enli şlyapa uyğundur. Belə şlyapa yay geyimi üçün nəzərdə tutulur. Başqa üslublarla uyğunluğuKantri və romantik üslub bir-birlə gözəl uyğunlaşır. Çünki enli krujevalı ətəklər, valanlar, güllü donlar, həmçinin, romantik üsluba aiddir.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!