Moda və qadağa

Moda və qadağa
Geyimlər
10.09.2017 39
 Moda və qadağa
Elitar dəblərin bir çox qanunları var ki, bu gün də onlara riayət edilib və edilməkdədir. Amma zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər isə bu çərçivələrə sığmır və çox vaxt bunun əksinə gedərək, müvəffəqiyyət qazanırlar.
1. Məsələn, əvvəllər deyirdilər ki, çanta ilə ayaqqabı eyni rəngdə olsa, daha gözəl görsənər. Ancaq XXI əsr dizaynerləri belə düşünmür. Onların qənaətincə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər baxımlı olar. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metallik rəngli klatç, parlaq rəngli ayaqqabı ilə uyuşar.2. Əvvəllər deyildiyi kimi, qara ilə göy və qəhvəyi rəngin uyuşmamasını birdəfəlik unutmaq lazımdır. Dizaynerlərin fikrincə isə, bu üç rəngin də uyuşan çalarları var, onları sadəcə axtarıb tapmaq lazımdır.3. Qızılnan gümüş aksessuarları bir yerdə taxmaq zövqsüzlük sayılardı. Artıq o dövr keçdi. Qızıl sırğalar, gümüşü qolbaqlar, metal kulonlu boyunbağı, daş-qaşlı üzüklər və dəmir toqqalı kəmərlər- dəb aləmində bu gün bir ahənglik təşkil edir.4. Əvvəllər üstü açıq ayaqqabılar işə geyilmirdi. İndi isə, bunun tam əksinədir.5. Bir neçə il bundan qabaq müxtəlif naxışlı donları geyinmək dəb qanunlarına zidd idi. Müasir dövrümüzdə isə, əksinə belə geyimlər yüksək zovgdən xəbər verir.6. Əvvəllər parıltılı pulcuqlarla bəzədilmiş donlar, yalnız müxtəlif ziyafətlər üçün nəzərdə tutulurdu. Bu gün isə belə parıltılı paltarları gündəlik həyatda da istifadə etmək olar.
Moda və miflər
Mif в„–1: 35 yaşdan yuxarı xanımlar mini paltar geyinməməlidir.Müasir dövr isə bunun tam əksini göstərir. Gözəl və biçimli ayaqlar hər yaşda ola bilər. Niyə də belə gözəl ayaqlara və qamətə malik olan xanımlar onları gizlətməlidirlər. Belə gözəl ayaq və bədən quruluşu olan xanımlara misal olaraq Cenifer Lopez və Sara Cessika Parkeri göstərmək olar.
Mif в„–2: Uzun ətəkli donlar bəstəboy xanımlara yaraşmır.İndi isə dəb ustaları belə nəticəyə gəliblər ki, bəstəboy xanımlar uzun ətəkli donlardan çəkinməməlidir. Bunun üçün daha çox yüngül parçadan tikilmiş donlardan istifadə etmək lazımdır. Bu şərtlə ki, qamətinizi pozmasın və hündürdaban ayaqqabını da geyinməyi unutmayın.
Mif в„–3: Bir-birinə uyuşmayan rənglər bütün geyimin harmonikliyini poza bilər.Bu günün dəbi isə onu göstərir ki, müxtəlif rənglərin qarışığı surətinizin əsas özəyi ola bilər və sizi klassik ağ-qara rənglərdən fərqləndirər.
Mif в„–4: Başdan ayağa cins geyinmək zövgsüzlükdür.Müasir moda isə göstərir ki, zövglə seçilmiş müxtəlif rəngli hər bir cins geyim dəsti sizi bənzərsiz edə bilər.
Mif в„–5: Ağ rəngli ayaqqabılar qara corablarla uyuşmur.Unutmayın ki, müasir dövrdə qara rəng insanı qamətli göstərməklə yanaşı, həm də ağ rəngə diqqəti cəlb edir.
Bu bir daha onu göstərir ki, həyatda əbədi heç nə yoxdur.
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!