Yeni mövsümdə dəbdə olan rənglər

Yeni mövsümdə dəbdə olan rənglər
Geyimlər
10.09.2017 53
Yeni mövsümdə dəbdə olan rənglər
Hər mövsümün əvvəlində, "rəng trendleri" moda nüfuzları tərəfindən vasvasılıqla təyin olunur! Əgər siz də bu payız-qış mövsümündə hansı rənglərin dəbdə olacağını maraqlanırsınızsa, sizin üçün hazırladığımız bu xəbərə mütləq bir nəzər salmalısınız!
Tünd qırmızı
Rəngini şərabdan alan tünd qırmızı tonları da bu payız-qış mövsümündə ulduzu parlayan rənglərdən. Qırmızılardan, tünd qırmızılara hətta gavalı tonlarına qədər geniş bir rəng yelpiyi bu mövsüm bizləri gözləyir.
Gecə mavisi
Neon mavilər keçdiyimiz yaz-yay mövsümünün ən çox seçilən rənglərindən biri idi. Payız-qış mövsümündə isə bu rəng yerini gecə mavisinə buraxır. Məşhur stilistlərin bu mövsüm üçün favoriti; gecə mavisi və qara kombinli dizaynlardır!
Qara
Söz mövzusu moda olduğunda hər şey dəyişə bilir, amma modacılar qaradan imtina edə bilmir. Həmçinin bu payız-qış mövsümündə, qarasnı canlı rənglərlə istifadə etmək də olduqca dəbdədir.
Narıncı
Son bir neçə mövsümdür sanki qızıl çağını yaşayan narıncı, bu payız-qış mövsümündə də ən çox seçiləcək rənglər arasındadır.
Bənövşəyi
Parlaq bənövşəyi tonları, xüsusilə canlı rənglərlə kombinasiya, payız-qış mövsümünə imzasını atacaq.
Xardal rəngi
Neon sarılar, payız-qış mövsümündə yerlərini bir az daha tünd və isti bir tona, xardal rənginə buraxır.
Şokolad tonları
Sütlü şokoladdan acıya, bu payız-qış mövsümündə şokoladın bütün tonları olduqca dəbdə olacaq.
Zümrüd yaşılı
Keçdiyimiz payız-qış mövsümwndə olduqca dəbdə olan zümrüd yaşılının bir az daha mat və firuzəyi rəngə qaçan tonları məşhur stilistlərin favoritləri arasındadır.
Gümüşü rəng
Əsgər rəngi bu mövsümdə olduqca dəbdədir. Başqa sözlə gümüşü rəng tonlarına da bu payız-qış mövsümündə olduqca tez-tez rast gələcəyik. Hətta əmtəəlik gümüşü tonları ən çox seçilən rənglər arasındadır.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!