2013 Yaz aksessuar siyahısı

2013 Yaz aksessuar siyahısı
Geyimlər
10.09.2017 30
 
Cəsur vurğulardan, parlaq kiçik toxunuşlara kreatif bir dünyaya gedirik 2013 yazında. 
 
Rənglərin, bonculukların, şəffaflığın danışacağı bir bahar keçirəcəyik.
Baxaq ən çox danışılan ayaqqabılar, çantalar, aksesuarlar nələr olacaq?

 
Hər şey transparan!
 
Yazda, çanta və ayaqqabı detallarında "göstermecilik" hakim olacaq. 
Gucci və Burberryin şüşə çantaları, Michael Kors və Chanelin ayaqqabılarındakı transparan seçkilər sayəsində, rəngarəng çantaların transparan görünüşlərinə doyacağıq.

 
Saçaqlar danışacaq!
 
Paris dizaynçıları, saçaq detallarını istifadə edərək aksesuarlarını hərəkətləndirməyi laqeyd yanaşmamış. Saçaqlı biləklik və boyunbağılar sanki paltarların bir parçası kimi dayanır.

Gladyatör Ruhu
 
Gladyatör sandaletler kimiləri tərəfindən çox tənqid olunmuşdu. Aleksandr Wang, qalın lentlərlə inteqrasiya olunduraraq yenilikçi bir dünyagörüşü qatmış bu dəfə çəkmələrə. 
Tom Fordun əlavə etdiyi əmtəəlik detallar isə qəşəng bir toxunuş olaraq qarşımıza çıxacaq. Gladyatör çəkmələrdə də, saçaq detallarının hakim olduğunu görəcəksiz..

Ziddliklər
 
Ağ və qaranın birləşməsindən daha qəşəng nə dayana bilər ki?
yazda ayaqqabı, çanta və paltarlarda zidd rənglərin istifadəsini dəyişik parçalar üzərində, həndəsi xəttlərlə birlikdə zirvədə görəcəksiz!

Boyunluq
 
Aksesuarda böyüklük və vurğu hakim olacaq yazda. Üzük və boyunbağılar; Givenchy, Balenciaga kimi böyük markaların seçimi olan dəbdəbəli görünüşlər sərgiləyəcək. 
Qalın zəncirlər, burğu boyunbağılar istifadə edilərək əmtəəlik detallar ön plana çıxır. Kəmərlərdə də qalınlıq gözə dəyir. 

 
Qaraçı Ruhu
 
Bohem görünüşdən yenə imtina edilmir. Çiyinə qədər enən, böyük, rəngarəng muncuqlarla bəzəkli sırğalar və uzun boyunbağılar önümüzdəki mövsümün təməl parçalarından olacaq.

 
Çantalar çamadan kimi
 
Çantalarda çamadan kimi  bir hava olacaq! Bu görünüşü təmin edən Bottega Veneta və Dolce & Gabbana çantaları ilə səysiz qəşənglik də zəmanət edilir. 

 
Alternativ topuqlar
 
İti, qalın, yumru, parlaq, transparan və metal topuq detallarını görəcəyiniz bir bahara hazırsınızmı? 
Stilettolar, fərqli model və topuqlarla baharın ən maraqlı dizaynlarından olacağa bənzəyir.

 
Yaxşı ya günəş eynəkləri necə olacaq?
 
Oversize görünüşlü çərçivəsiz günəş eynəklərinin sizi kosmosda hiss edərəcəyinə əminik. Qaynaq gözlüyünü xatırladan böyük, diqqət çəkici modelləri hər rəngdə görmək mümkün olacaq.
Tərcümə və Redaktə etdi: PURE LOVE
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!