Qara rəngin şarmı

Qara rəngin şarmı
Geyimlər
10.09.2017 30
Qəflətən
çıxan tədbirlərdə nə geyinəcəyinizi düşünmək üçün vaxtınız yoxdursa,
deməli, qara rəngli libaslara üstünlük verməlisiniz.

Türkiyə mətbuatının
istinadən verdiyi məlumata görə, bu rəngli geyimlərdən istifadə edərkən
əlbəttə ki, onun dəbli olması və sizə yaraşması da əhəmiyyətlidir.

Hazırda
hər birimizin əvəzedilməzi olan qara geyimlər əslində 1920-ci ildən
əvvəl moda dünyasına daxil olub. Məşhur modelyer Coco Chanel bu rəngi
dəb dünyasına gətirdiyi vaxtlar qara yalnız yas mərasimləri üçün nəzərdə
tutulurdu. Belə geyimlərdən istifadə edərkən onları öz zövqünüzə
uyğunlaşdıra bilərsiniz.



1.
Qara dəri libas geyinmək çətindir, çünki hər zaman diqqət çəkir və
bədənin xətlərini açıq şəkildə bildirir. Ancaq dəri geyimlərdən istifadə
edən xanımlar həm də olduqca dəbli görünür. Çünki belə libaslar əsl
cazibədarlıq və cəsurluq nümunəsidir. Xüsusuilə bu il ilan ili olduğu
üçün dəri geyimlər daha aktualdır.



2.
Bir az təmtərağı sevənlər qara parıldayan biserlərlə bəzədilmiş qısa
dona üstünlük verə bilər. Bu, daha çox gedəcəyiniz məkandan asılıdır.
Yaxşı olar ki, paltarın hər tərəfi deyil, yalnız üst hissəsi biserlərlə
bəzədilmiş olsun.



3.
Üzərində heç bir əlavəsi olmayan sadəcə dar, qısa qara geyim də şarmlı
görünməyinizə səbəb olar. Libas dekolte olarsa, bu, sizə əlavə
cazibədarlıq bəxş edər.



4.
Məsumluğun və zərifliyin simvolu olan tül və qara parçanın vəhdəti
mükəmməlliyin göstəricisidir. Ayaqqabı və aksesuarlarınızın köməyi ilə
istədiyiniz görünüşü yarada biləcəyiniz tül libas sizə sevimlilik
qatacaq.


5.
Nəhayət bir çox qadınların ən sevimlisi olan, digərlərinin isə heç
xoşlamadığı bir məqam. Qaşlı, tüklü incə bir geyim. Belə libaslar
iddialı olmağı sevməyən xanımlar üçün daha məsləhətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!