Bu il necə uzunboğaz çəkmələr dəbdədir?

Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
Geyimlər
10.09.2017 437
Bu sezon üçün dizaynerlər bütün qadınların zövqlərini nəzərə alıblar.
Belə ki, bu qış həm dik daban, həm də yastı daban uzunboğaz çəkmələr
dəbdə olacaqdır. Dekorativ detalları, kəmər və ipləri bol olan
bu ayaqqabılar üçün qırmızı rəngin bütün çalarlarında, yaşıl, mavi
rənglərdə ola bilər.

Botfort adlanan uzun boğaz çəkmə sezonun
trendi olacaq. Uzunluğu dizdən bir qədər yuxarı və budun yarısına kimi
ola bilər. Bu çəkmələrdə lak, rəngli dəri və leopard dərisindən də
istifadə olunmuşdur.
Rəngli lent və bantlarla bəzədilmiş uzunboğaz çəkmələr əsl yaz əhval
ruhiyyəsi yaradacaqdır. Botfort çox cəsarətli çəkmə növü olduğu üçün
qısa ətək yerinə onu leqins və ya dar şalvarla geyinmək məsləhətdir.
Lakin ətək geyinmək fikrinə düşsəniz onun uzunluğu çəkmənin bitdiyi
yerədək olmalıdır.
Şpilka uzunboğaz çəkmələr 2013-cü ildə aktual olacaq. Həmçinin lak və
dərinin, atlas və zamşanın kombinasiyası ayaqqabılarda xüsusilə dəbli
sayılacaq. Atlasla zamşanın kombinasiyası gündəlik geyinmək üçün praktik
olmasa da ziyafət üçün uğurlu seçim olacaqdır. Şpilkada gəzə bilməyən
xanımlar məyyus olmasın, çünki enli dabanlar da bu ilin dəbinə aiddir.
Sadəcə unutmayın ki, bu cür dabanlı çəkmə seçsəniz o rəngli dekorlu və
printli olmalıdır.
İplər və metal detallarla bol olan  çəkmələr bu sezonun dəbli
elementləri sayılacaqdır. Jokey üslublu çəkmələr də 2013-cü ilin dəbinə
aiddir.




Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
 
Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
 
Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
 
Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
 
Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
 
Bu il necə uzunboğaz çəkmələr dəbdədir?
 
Bu il necə uzunboğaz çəkmələr dəbdədir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!