Dəbli xanımlar üçün dəri aksesuarlar

Dəbli xanımlar üçün dəri aksesuarlar
Geyimlər
10.09.2017 17
Qış dəbinin ən diqqətçəkən məqamlarından biri də dəri aksesuarlardır. Əgər siz də dəri aksesuarlara üstünlük verənlərdənsinizsə, o zaman üzərində müxtəlif naxışlar işlənən aksesuarlara üstünlük verməlisiniz.

2013 – cü ilin qış mövsümünün trendələri arasında dərilər xüsusi yer tutur. Fərqli stillər və fərqli məkanlar üçün nəzərdə tutulmuş yəni, hər formada olan  dəri geyimlərinə rast gələ biləcəyik: qısa dəri ətəklər, dəri jaketlər, dəri şalvarlar və dəridən hazırlanmış donlar tapmaq olar.

Dəridən hazırlanmış çanta istifadə etdikdə digər geyimlərin dəridən olmamasına diqqət etmək lazımdır. Sadə bir çanta götürdükdə isə çalışın üslubunuzu dəri geyimlərlə tamamlayın.  Ağ köynəyi üstündən qara dəri  jaket geyinməklə gözəl tərz yaratmaq olar.

Dünya ulduzları da bu dəbdən kənarda qalmır. Qeyd edək ki, ulduzlar və tanınmış insanlar dəri geyimlərdən daha çox istifadə edir. Xüsusilə də tədbirlərdə və qırmızı xalıda özlaərini nümayiş etdirərkən dəri geyimlərə çox rast gəlirik. Çünki səhnə və podium parlaqlığı çox sevir. Dəri geyimlər də bu baxımdan əlverişli hesab etmək olar.

Tanınmış dəri geyim markası olan Desa 14 fevral – sevgililər günü münasibətilə hədiyyətlik dəri aksesuarlar təqdim ediblər. Bunların sırasına qolbaqlar, pul kisələri, çantalar xüsusi yer alıblar. Hədiyyə kimi verilə biləcək bu aksesuarlardan kişilərin də xəbəri olmalıdır.

Qara və qırmızı ürək oymalı pul kisələri isə qış mövsümündə diqqətçəkmək istəəyn xanımlar üçün xüsusi olaraq hazırlanıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!