Zövqsüzlüyün əlamətləri və bundan azad olmağın yollarını...

Zövqsüzlüyün əlamətləri və bundan azad olmağın yollarını...
Geyimlər
10.09.2017 64
 

 

1.
Bədən ölçülərinə uyğun olmayan geyim. Dar və qısa paltarlar kök qadının
əynində çox pis görünür. Unutmayın ki, eninə zolaqlı paltar bədən
ölçülərini daha böyük, uzununa zolaqlar isə əksinəədəni yığcam göstərir.
Əgər çiyinləriniz enlidirsə, dəblə ayaqlaşıb enli çiyinli paltarlar
geyinməyin, dar çanağı isə sıx paltarlarla daha çox daraltmayın. b

 

 

 

 

 

2.
Rəng uyğunsuzluğu. Göy, bənövşəyi, sarı, yasəmən rənglərdən uzaqlaşmağa
çalışın. Rəngləri düzgün seçmək bir elmdir. Onlar bir-birilə ahəng
təşkil etməli və çox nəzərə çarpan olmamalıdır.

 

 

 

3.
Geyimdə göy qurşağı. Rəngli geyimlər dəbdədir. Ancaq bir paltarda 3 dən
artıq rəng olmamalıdır. "Nə qədər parıltılı olsa, bir o qədər yaxşıdır"
deyimi zövqün olmamasının əsas əlamətidir.

 

 

 

4.
Böyük ölçülü geyimlər. Gen, əyindən tökülən geyimlər də dar geyimlər
kimi səliqəsiz görünür və qadının xarici görkəminə mənfi təsir göstərir.
Əgər siz kökəlib və ya arıqlamısınızsa, mütləq qarderobunuzu dəyişin.

 

 

 

5.
Alt geyimlərinin görünməsi. Ətrafdakılara alt geyimləri nümayiş
etdirmək zövqsüz olmanın ən qabarıq əlamətidir. Zövqlü qadınlar alt
geyimini, məsələn, büsthalterin iplərini gizlətməli, onları üst
paltarlarına uyğun rəngdə geyinməlidir.

 

 

 

6.
Həddən artıq qısa ətəklər. Qısa yubka, don istirahət üçün yararlıdır.
Ancaq işdə və küçədə geyinmək üçün heç də məsləhət deyil. Bədən
ölçüləriniz imkan versə belə, çox qısa geyimlərə həvəs göstərmək lazım
deyil.

 

 

 

7.
Ayaqqabı, paltar və aksesuarların eyni rəngdə olması. Qırmızı paltar,
qırmızı ayaqqabı, qızrmızı çanta – bu seçim pis zövqə dəlalət edir.
Parlaq paltarlarla mütləq neytral ayaqqabı və ya əksinə, parlaq ayaqqabı
ilə neytral rəngdə paltar geyinmək məsləhətdir.

 

 

 

8.
Şəkilli geyimlər. Çox şəkilli paltarlar geyinməkdən qaçın. Əgər
yubkanız dama-damadırsa, o zaman köynək bir tonda olmalıdır. Və yaxudda
əksinə.

 

 

 

9.
Parlaq görsənmək işıldamaq demək deyil. Parıltılar, parlaq zinət
əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil. Qızılı və ya
gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır. Birinin parlaq
olması kifayət edir.

 

 

 

10.
Zinət əşyalarının bolluğu. Bütün zinət əşyalarını eyni anda taxmaq pis
zövqün daha bir əlamətidir. Yadda saxlayın, üçdən artıq bəzək əşyası
taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!