+++++++++++Dəbin dəyişməz qaydaları

+++++++++++Dəbin dəyişməz qaydaları
Geyimlər
10.09.2017 108
Çox kiçik detallarla siz də hər zaman şarmlı ola bilərsiniz.
Həmişə şarmlı olmağı kim istəməz ki?! Ancaq bunun zəhmətli bir iş olduğunu düşünürsünüzsə, yanılırsınız.

Modelyerlər
hər il müxtəlif formalı geyim və aksessuarlar istehsal etsə də, bunu
unutmamalısınız: hər bir qadın özünün modelyeridir. Ancaq öz tərzini
yaradarkən dəbin heç zaman dəyişməyən qaydalarına diqqət etməkdə fayda
var.

Rəng və duruş
Tək
rəngdən istifadə edərək özünüzü xilas edə bilərsiniz. Təpədən dırnağa
qədər eyni rəngdə geyinsəniz, uzun, bölünməmiş bir illüziya yarada
bilərsiniz. Bu isə sizi daha incə göstərə və qüsurların daha az gözə
çarpmasını təmin edəcək. Qara, bej, karamel, qəhvəyi kimi rənglərdən
istifadə edin.

Bədəninizə uyğun olmalıdır
Vücudunuza
çox böyük (uzun, bol köynək, ya da geyimlər kimi), ya da  çox kiçik
(qısacıq üzərinizə yapışan köynəklər kimi) gələn geyimlər, sizi
olduğunuzdan daha kilolu göstərir. Buna görə də bədən quruluşunuza uyğun
geyimlər alın. Beləcə vücudunuzdakı xətaları gizlətmiş olarsınız.

Yapışan deyil, boş
Geyindiyiniz
geyimlər ikinci bir dəri kimi sizə yapışmamalıdır. Cins kimi
materialdan hazırlanmış geyimlər bədənin müəyyən yerlərini sıxarkən,
kətan, ipək və digər az sərt kimi parçalarda artıqlar görünməyə bilər.
Çox incə parçalar isə təhlükəlidir. Həm də qarında olan çıxıntıları
bəlli edə bilər.

Şalvar alarkən
Geyimlər
arasında şalvarlar xüsusi yer tutur. Buna görə də şalvar seçimi
vacibdir. Zövqlü şalvar almaq üçün üzərində heç bir naxışsız və detalsız
şalvarlar alın. Çünki üzərində müxtəlif element və detallarla
bəzədilmiş və beli aşağıda olan şalvarlar sizi daha kök göstərə bilər.

Ətək kilonu az göstərir
Ətək
alarkən kilonuza çox diqqət etmək gərəkdir. Ətəklərdə dizlə bərabər
uzunluqda olanlara üstünlük verin. Çünki bu cür ətəklər ayaqlarınızın
daha yaxşı görünməsinə zəmanət verir. Qısa boylu qadınlar isə uzun
ətəklərdən uzaq durmalıdır.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!