2013 Yaz Modası Ofisdə!

2013 Yaz Modası Ofisdə!
Geyimlər
10.09.2017 22
 

Ofis mühitində modanı izləmək istəyir, lakin uyğun parçaları seçmə mövzusunda problem yaşayırsınızsa bu yazıda bir neçə fikir tapa bilərsiniz. Başlayaq;

 

 


2013 Yaz Modası Ofisdə!
 

 

Bildiyiniz kimi 2013 yaz yaz trendləri arasında xəttlər, xüsusilə də qara ağ xəttlər olduqca məşhurdur. Xəttli taytlar, qısa çiyinli köynəklər ya da şortların ofis mühiti üçün çox uyğun olduğu deyilə bilməz. Yaxşı ofisdə bu trendi necə tətbiq edə bilərik? Məncə xəttli blazer pencək olduqca qəşəng bir yoldur. Xəttli bir köynək ya da xəttli bir köynək ilə də bu trendi tətbiq edə bilərsiniz. Əgər ofis mühitinizdə çox cəsur rənglər istifadə edə bilmirsinizsə kombinlərinizi tünd ya da açıq rənglərlə tamamlaya bilərsiniz.

 




2013 Yaz Modası Ofisdə!
 

 

Ofisdə ən asan tətbiq edə biləcəyiniz trendlərdən biri şübhəsiz "All white" yəni başdan aşağı ağ trend idi. Ağ bir köynək, ağ blazer pencək və yenə ağ bir şalvar ilə ofisdə həm qəşəng həm də elegant bir görünüş tuta bilərsiniz. Nümunələri çoxaltmaq mümkündür. Ayrıca ağın çox iddialı olduğunu düşünürsünüzsə krem rəngi kimi yaxın tonlarını istifadə edə bilərsiniz.

 

 


2013 Yaz Modası Ofisdə!
 

 

Ofis mühitində "Color-block" trendi olmazmı? Əlbəttə olar. Çox iddialı olmamaq adına kombinlərinizdə istifadə etdiyinizin rənglərin eyni tonlardan olmasına diqqət yetirin. Məsələn mavinin iki fərqli tonu kimi. Çox parlaq rənglərdən qaçın.




 

 

 

 

 

2013 yaz mövsümündə xüsusilə "Floral" naxışlı şalvarlar başda olmaq üzrə naxışlı şalvarlar olduqca məşhurdur. Lakin çoxu ofisdə cins şalvarları geymək mümkün deyildir. Siz də cins şalvar yerinə naxışlı parça şalvarlar seçərək bu trendi ofis üçün uyğun hala gətirə bilərsiniz. Lakin naxış seçimində iddialı rənglər yerinə ofis üçün daha uyğun rənglər seçməyi unutmayın. Məsələn qara və ağ naxışlı şalvarlar yaxşı bir seçim ola bilər.



Tərcümə Etdi: SeSSiZ_SuNaMi
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!