Geyimlərin başında ətəklər gəlir!

Geyimlərin başında ətəklər gəlir!
Geyimlər
10.09.2017 14
Bəzisini çox bəyənərək aldınız amma sizə yaraşmadı, bəzisinidə bəyənmədiniz amma üzərinizdə çox gözəl dayandı.Özünüzə yaraşan ətəyi geyinə bilməniz üçün sizə bir neçə təklifimiz var.

İş qadınları üçün

Masa başında işləyən klassik tərz ətəkləri seçim edə bilərlər. Bunlar düz dar seqmentli ola bilər. Çox hərəkət etmədikləri üçün təbii toxumalı  parçalarda ola bilər.

Davamlı hərəkət halında olanlar üçünsə, həm gözəllik həm rahatlıq üçün kloş, düz altlı ətəklər, qaraçı ətəkləri olduqca uyğundur.

İncə xanımlar üçün

İncə olmaq şübhəsiz ki, hər qadının xəyalıdır. Ancaq  qadınların beli olduqca incə, omba qisimləri belə nisbətlə daha geniş ola bilir. Bu vəziyyətdə dar seqmentlər seçildiyində mütənasib bir görünüş ortaya çıxmaya bilir. Bu incəliklərə fikir verin.

Qısa boylu xanımlar üçün

Kilolu və qısa boylu qadınlara ətək boyu qısa olanları geymələri tövsiyə edilir. Ən çox dizdə bitən ətəklər seçilməlidilər çünki uzun ətəklər boyu daha da qısa göstərər.

Arıq qısa boylu qadınlara da qısa ətəklər yaraşır. Lakin modellər üzərində dəyişik alternativlər istifadə edilə bilə. Çünki bu tip qadınlar dəyişik modelləri rahatlıqla geyinə bilərlər.

Rəng seçkisinə diqqət yetirin

Ətəklərdə rəng seçkisi də əhəmiyyətlidir. Rəng seçkisi mühitə, bədən tipinə və ətəyin modelinə görə seçilməlidir.

Rəng, naxış və parça seçimləri:

Qısa və dar ətəklər üçün tünd rənglər seçim edilə biləcəyi kimi açıq rəng və naxışlı parçalar da istifadə edilə bilər.

Uzun və bol seqmentli ətəklər üçün naxışlı, tünd rənglər ola bildiyi kimi canlı rənglər də istifadə edilər.

Qısa  ətəklər üçün düz tünd rəngli parçalar da seçilə bilər.

Uzun, aşağısı incə və dar ətəklər üçün tünd rənglər və xəttli parçalar seçim edilə bilər.

Düz altlı, dar ətəklər üçün iri naxışlı, qarışıq rənglərin xaricindəki digər düz rənglər seçilə bilər.



Tərcümə Etdi:
NİGAR_CAVAD



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!