STIL HAQQINDA

STIL HAQQINDA
Geyimlər
10.09.2017 136
GEYİMDƏ İFRATA VARMAMAQ. *Heç vaxt yeni dizaynerlərdən əcaib görünüşlü çanta almayın. Bu halda alnınıza tatu etdirmiş qədər qorxunc görünəcəksiniz. *Özünüzü qiymətli əşyalarla bəzəməyin. Təəccüblənməyin, amma qiymətli bər – bəzək çox olduqda ucuz görünür. *Heç vaxt rəngli dəri şalvar almayın. O, qarın və bud ölçülərini vizual olaraq 2 dəfə böyük göstərir. *Yaşı 18 – dən yuxarı olan qadınlara sarafan, “yarasa” qollu paltarlar, briclər, plisse və günəş tipli ətəklər məsləhət görülmür. Onlar yaşa uyğun görünmürlər. *Heç vaxt başdan ayağadək brend geyinməyin. Dizayner geyimini vintajla uyğunlaşdırın. *Eyni vaxtda hər şeyi təzə geyinməyin. Geyimin də “ruh”u olmalıdır. *Geyimlərinizi sonacan düymələməyin, bir qədər səliqəsizlik görünüşünüzə ziyan gətirməz: saçlarınızı dağıdın, yuxarı düyməni açın. YAŞA GÖRƏ GEYİM: *20 – dən 30 – dək. Ucuz əşyalarınızla, streç materialdan geyimlərinizlə, pirsinqlə, qarnı açıq toplarla vidalaşın. Seçiminizi MİU MİU məhsullarında saxlayın. ARMANİ kostyumları və HERMES yaylıqları da sizin üçün deyil. *30 –dan 40 – dək. Mini ətəklərlə, plastmass bijuteriya ilə, parıltılı paltarlarla sağollaşın. Uzun pencəkləri və güllü köynəkləri də yaddan çıxarın. ZARA və GUCCİ məhsullarından istifadə edin. *40 – dan 50 – dək. Zolaqlı və dama – dama parçalar – təəssüf! – sizin yaşınıza uyğun deyil. Eləcə də uzun saçlar və vintaj geyim. Kaşemirdən olan məhsullar əsl sizin üçündür. Dar şalvarlara da “yox” deyin. *50 – dən sonra. Bahalı bəzək əşyaları taxın, mehriban olun və tez – tez gülümsəyin. Stiliniz artıq bu olmalıdır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!