Çimərlik geyimləri necə seçilməlidir

Çimərlik geyimləri necə seçilməlidir
Geyimlər
10.09.2017 40
 Qumluqda istirahət etməyin əsil zamanıdır. Lakin təbii ki, sizi gözəl
göstərəcək çimərlik geyimi ilə bu istirahətinizi daha da maraqlı edə
bilərsiniz.
Əgər ombalarınız sinənizə görə daha böyükdürsə o zaman bikini
seçərkən yuxarı hissənizi böyük, aşağı hissəni isə əksinə kiçik göstərə
biləcək bir çimərlik geyimi modeli seçməlisiniz. Üst hissə üçün
seçdiyinizin modelin rənginin açıq, o birisinin isə rənginin tünd və
naxışsız olmasına diqqət yetirin.
Enli çiyinlər və qalın belə sahibsinizsə, bu o deməkdir ki, sizin
bədən quruluşunuz alma tipi formasındadır. Belə bir bədəniniz varsa,
bikininizin üzərinin üçbucaq olmasına fikir verin. Həddindən artıq aşağı
bel modellərindən qaçın. Bu görkəminizə xələl gətirər.
Sinəniz böyük, ombanız isə nisbətən kiçikdirsə, deməli bədən tipiniz
çiyələk bədən tipinə aiddir. Stilistlər bu cür bədəni olan xanımlara da
bikini seçməkdə məsləhət veriblər. Böyük sinəni kiçik göstərə biləcək
zolaqlı parçalara üstünlük verməyi onlar daha məqsədəuyğun hesab edir.
Üçbucaq modellər də böyük sinəni kiçiltməyə kömək edir. Aşağı belli
geyimlər isə sizin bədən tipiniz üçün ideal hesab olunur.
Əgər bədən quruluşunuz uzun və formasızdırsa ona bir az naxış və
bər-bəzək verməyə dəyər. Beləki, kürək dekolteli modellər seçmək sizin
üçün uğurlu seçimdir. Həndəsi, çiçəkli naxışlardan istədiyiniz kimi
istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!