Naxisli geyimler haqqinda

Naxisli geyimler haqqinda
Geyimlər
10.09.2017 86
 
 
Hər bir mövsümün öz naxışı, öz ornamenti, öz bəzək gülləri var. Saya geyimlər nə qədər gözəl-yaraşıqlı görünsələr də, onların hər mövsümdə xüsusi naxışlara, bəzəkli güllərə  ehtiyacı var.Yay mövsümünün əsas bəzəyi şübhəsiz ki, güllü-çiçəkli naxışlardır.Bu naxışlar geyimlərə xüsusi formada vurulur. Bunların bir çox növləri var: basma, tikmə, toxunma, boyama və sair.Şübhəsiz ki, hər bir xalqın geyim növlərində milli ornamentlərdən istifadə olunur. Çox vaxt geyimdə hər hansı bir naxışı görəndə, onun hansı xalqa mənsub olduğu o dəqiqə aydınlaşır. Bu sırada şərq ornamentləri xüsusi üstünlük təşkil edir.

Azərbaycanda isə, geyimlərə vurulan naxışların əsas özəyini butalar təşkil  edir. Hər hansı bir milli geyimimizi götürün, orda bu və ya digər formada butalardan istifadə olunmasını görəcəksiniz.Slavyan geyimlərində isə, naxışları əsasən donların ətəyinə düzürlər. Orta Asiya xalqlarında isə,  məxməri naxışlardan istifadə olunur.Gəlin indi baxaq, görək bu naxışlar kimlərə necə yaraşır.

Şübhəsiz ki, naxışların donlara vurulması heç də xaotik şəkildə olmamalıdır.1. Naxışlar əsasən xanımlara yaraşır.2. Kişilərin də özünəməxsus geyim naxışları var ki, bu bir ayrı mövzunun söhbətidir.3. Miniatür, bəstəboylu xanımlara xırda güllü donlar yaraşır.4. Ucaboy xanımlara isə uzunsov, iri güllü, naxışlı donlar məsləhət görülür.5. Girdə sifət xanımlara isə, çarpaz naxışlı bəzəklər yaraşır6. Şaquli naxışlı şalvar, yubka geyinmiş xanımlar hökmən çarpaz naxışlı köynək-tunik-jaket tipli üst geyimlərdən istifadə etməlidir. Unutmayın, hər naxışın arxasında bir xarakter və ən əsası bir milli geyim növü durur. Bu da sizin xarakterinizin əsas atributlarından biridir.Naxışlı, bəzəkli donları geyinin — ömrünüz də naxışlı və bəzəkli olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!