Vücud tipinə görə gəlinlik seçimi

Vücud tipinə görə gəlinlik seçimi
Geyimlər
10.09.2017 53
Gəlinlik seçimini doğru etmək üçün bədən tipinizə görə müəyyən modellərə diqqət etməniz  lazımdır. Öz ölçülərinizə və boyunuza görə ideal gəlinliyə necə qərar verəcəyinizə  baxaq.
Şahzadə ( qabarıq ) gəlin paltarı modelləri
 

 

 
 
 Bu tərz gəlinlikləri uzun boylusanız , qum saatı şəklində bir bədən tipiniz varsa , xəttləriniz düzdürsə seçim edə bilərsiniz. Amma qısa və petite tipli və ya qısa bir üst bədəniniz varsa qətiyyən seçməyin.
A tipi (A ətək ) gəlin paltarı modelləri
 

 

 
 
 İncə görünmək istəyənlər üçün ideal bir model.Həmçinin armud tipli bədən üçün seçə biləcəyiniz  bir model. Üst bədəniniz qısadırsa bu modeli seçə bilərsiniz. Amma qum saatı tipində və xəttləriniz çox diqqətə çarpandırsa bu modeldən imtina etməlisiz.
Yunan ( imperator ) tipi üst modelli gəlinliklər 

 
 Geniş omba probleminiz varsa , uzun boylu görünmək istəyirsinizsə və bədəniniz armud tipindəysə bu tərz bir gəlinliyi seçə bilərsiniz. Əgər çox uzun boylu , böyük sinəliysəniz bu modeldən imtina etməlisiz.
Balıq ( dəniz qızı ) modeli gəlinliklər

 
 Bu gəlin paltarını modelini geyinməyiniz üçün tək bir şərt var o da arıq olmaq . Əgər gizləməniz lazım olan bədən bölgələriniz  varsa , armud tipli bədəniniz varsa və qısa bədənliysəniz, bu modeli qətiliklə seçim etməməlisiniz.
Dar,vücud şəklində  gəlin paltarı modelləri

  Təbii olaraq çox incəsinizsə, bu modeli seçim edə bilərsiniz. Əgər armud tipli bədənliysəniz , qısa beliniz varsa və gizlətmək istəyirsinizsə bəzi bölgələriniz varsa bu modeli qətiliklə istifadə etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!